Ermənistandan Türkiyəyə ilk təyyarə reysinin vaxtı açıqlanıb

01:00 13-01-2022 135

Ermənistanın “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Türkiyənin müvafiq qurumu tərəfindən icazə alıb.

Şirkətin direktorlar şurasının sədri Aram Ananyan bildirib ki, ilk uçuş fevralın 2-nə planlaşdırılıb.

“Flyone Armenia Airline”s Türkiyə aviasiya qurumundan İrəvan-İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün icazə alıb. İlk uçuşu fevralın 2-nə təyin etdik”, - deyə o, qeyd edib.

Mənbə: TASS