Qadın əməliyyatdan sonra simpsonlara bənzəməyə başlayıb – VİDEO

03:00 13-01-2022 413

“Rubyyfrais” nik adlı “TikTok” istifadəçisi dodaq dolğusunun çıxarılması prosedurundan sonra eybəcərləşmiş üzünün videosunu yayımlayıb və digər istifadəçilər tərəfindən Homer Simpsona bənzədilib.

22 yaşlı xanımın üzü və üst dodağı şişib. Onun sözlərinə görə, buna prosedurdan sonrakı allergiya səbəb olub.

Rubinin videosu “TikTok”-da 700.000-dən çox baxış toplayıb.

Bəzi şərhçilər onu səhlənkarlığa görə qınayıb və istənilən dərmanın allergik reaksiyaya səbəb ola biləcəyini xatırladıblar.

Mənbə: gazeta.ru