Dedi-qodu ilə məşğul olan şəxsin əməlindən təngə gəlib barı yandırdı

09:00 13-01-2022 391

Rusiyanın Nijni Novqorod şəhərində sərxoş kişi bara od vuraraq obyekti yandırıb.

Hadisə yerinə gələn polislər kişini saxlayıblar.

O, ilkin izahatında qeyd edib ki, sevgilisinin keçmiş müdiri onların münasibəti barədə müxtəlif dedi-qodu xarakterli məlumatlar yaymaqla məşğul olub.

Buna dözmək niyyətində olmayan kişi onunla münasibətlərini aydınlaşdırmaq üçün sevgilisinin keçmiş müdirinin olduğu bara yollanıb və nəticədə münaqişə yaşanıb.

Hadisəni törədən şəxs barədə xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.

İstintaq davam etdirilir.

Mənbə: REN TV