Avstraliyada koronavirusa ən yüksək yoluxma qeydə alınıb

01:00 14-01-2022 395

Avstraliyada COVID-19 epidemiyası başlayandan bəri bir gündə ilk dəfə 150 ​​min 686 nəfərdə virus aşkarlanıb.

COVID-19-un “Delta” və “Omikron” variantlarının təsiri altında olan əyalətlərin verdiyi açıqlamalara görə, ən çox yeni yoluxma halı əhalinin sayına görə ölkənin ən böyük əyaləti olan Yeni Cənubi Uelsdə (NSW) qeydə alınıb.

Burada son 24 saatda 92 min 264 nəfər koronavirusa yoluxub.

Mənbə: Anadolu