Yaponiyada sunami təhlükəsi elan edilib: Yüz minlərlə insan təxliyyə olunur - VİDEO

21:00 15-01-2022 224

Yaponiyada vətəndaşlara hündürlüyü üç metrə çatacaq sunami təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib.

Bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sunami xüsusən Yaponiyanın Amami və Tokara adaları üçün təhlükəli həddə olacaq.

Artıq sözügedən ərazilərdən yüz minlərlə insanın təxliyyəsinə başlanılıb.

Mənbə: RİA Novosti