Şirvan sakini vanna otağında ölü tapılıb
03:00 16-01-2022 368

Şirvan sakini vanna otağında ölüb.
APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri Əzizbəyov küçəsi 3 mənzil 9 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Rəsulov Aslan vanna otağında ölü tapılıb.
Yaxınları həkimlərə bildirib ki, mərhum ürək ağrılarından əziyyət çəkirdi.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.
Onun hansı səbəbdən ölməsi aydınlaşdırılır.