20 Yanvar faciəsinə həsr olunmuş Yunan Roma güləş yarışı keçirilmişdir

19 yanvar 2022-ci il tarixdə Beyləqan rayon Olimpiya İdman Kompleksində Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbiinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş Yunan Roma güləş üzrə Beyləqan rayon açıq birinciliyi keçirilmişdi. Yarışlara Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin və Beyləqan rayon Olimpiya İdman Kompleksinin güləşçiləri qatılmışlar.
Əvvəlcə 20 Yanvar və Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Yarışda çıxış edən Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Misir Xudaverdiyev çıxış edərək 20 Yanvar faciəsindən danışdı.Vətənimizin azadlığı, suverenliyi uğurunda canlarını qurban verən şəhidlərimizin xatirəsinin əbədi olaraq xalqımızın yaddaşında yaşayacağını bildirdi. Bu qanlı 20 yanvar faciəsinə ilk dəfə olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin hüquqi-siyasi qiymət verməsindən danışdı. Bildirdi ki, bu qanlı faciyənin səhərisi gün ümummilli lider Heydər Əliyev Moskovadakı Azərbaycan səfirliyinin qarşısına gələrək, həyatını təhlükəyə ataraq çıxış edərək Azərbaycanda törədilən faciəni bütün dünyaya çatdırmışdır.
Sonra Misir Xudaverdiyev Beyləqan idmançılarının uğurlarından söz açdı. Bildirdi ki, belə yarışların keçirilməsi uşaq və gənclərdə vətənpərvərlik təbliğinə böyük təsir göstərir. Müstəqilliyimizin başlanğcına gedən yolda şəhid olan soydaşlarımızın xatirəsinə keçirilən yarışda idmançılara uğurlar arzuladı. Sonra yarışlara start verildi. Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Mıktəbinin diplomları ilə mükafatlandırıldı.