20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNAN UŞAQLAR ARASINDA ŞAHMAT YARIŞI

14:52 23-01-2022 193

   19 yanvar 2022-ci il tarixdə Beyləqan rayon Şahmat məktəbində  Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat  Məktəbiinin  təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş  şahmat yarışı  keçirilib. Tədbirdə Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbiinin direktoru Misir Xudaverdiyev,məşqçi müəllimlər və şagirdlər iştirak etmişlər.
Əvvəlcə 1990-cı il 20 Yanvar faciəsi zamanı  vətənimizin suverenliyi uğurunda canlarını qurban verən şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Beyləqan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbiinin direktoru Misir Xudaverdiyev çıxış edərək 20 Yanvar faciədən bəhs etdi. Ümummilli lider Heydər Əliyevin  bu qanlı faciəyə verdiyi siyasi-hüquqi qiymətdən danışdı.

 

   M.Xudaverdiyev bildirdi ki,yarışların  keçirilməsində əsas  məqsəd 20 Yanvar  şəhidlərinin əziz   xatirəsinin yad edilməsi,məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların oyun  təcrübələrinin  artırılmasıdır.

    Çıxışının sonunda M.Xudaverdiyev Beyləqanda idmana, idmançılara göstərdiyi diqqət və qayğıya görə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevə, idmanşılara  yaradılan şəraitə görə Beyləqan rayon Olimpiya İdman Kompleksinin rəhbəri Vidadi Babanlıya  idmançılar və öz adından  minnətdarlığını bildirdi.  20 Yanvar faciəsi zamanı  canlarını  qurban verən   şəhidlərimizə Allahdan rəhmət dilədi.Daha sonra şahmatçılara uğurlar arzuladı.

   Məşqçi müəllim  İlkin Əhmədov  şahmat məktəbinin uğurlarından danışaraq bildirdi ki,2021-ci il 17-23 dekabr tarixdə ”Təhsil” Respublika İdman Mərkəzinin  Respublika birinciliyində  Abbasov Emin Əbülfəz oğlu 8 yaşadək oğlanlar arasında və Abbassoy Cavad Elçin oğlu 6 yaşadək oğlanlar arasında  Avropaya vəsiqə  qazanıb. Hər iki şahmatçımıza  uğurlar arzulayıram.

Sonra yarışlara start verildi.

Xəbər lenti