Beyləqanda “Çempionumuzu” tanıyaq sosial idman layihəsi həyata keçirilir

10 yanvar 2022-ci tarixdə Beyləqan rayon R.Abbasov adına şəhər 4 nömrəli tam orta məktəbdə Rayon Təhsil Şöbəsinin və Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionumuzu” tanıyaq sosial idman layihəsi çərçivəsində Əməkdar məşqiçi Hüseynov Nofəl və onun yetirməsi, idman ustası, sərbəst güləş üzrə 74 kq çəki drərəcəsində 2013-cü ildə gənclər arasında Makedoniyada keçirilən Avropa çempionatında Avropa ikincisi, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya birinciliyində dünya üçüncüsü,2016-cı ildə isə 80 kq çəki dərəcəsində Milli güləş üzrə Avropanın Novıy sad şəhərində Avropa 2-cisi, Qırğızıstanda keçirilən Dünya çempionatında isə I yerin qalibi, dəfələrlə Beynəlxalq yarışların qalibi , 2007-2013-cü illərdə sərbəst güləş üzrə Azərbaycan çempionatının qalibl və mükafatçısı yığma komandanın üzvü olmuş İsrafilli Bəxtiyar Elman oğlu ilə şagirdlərin görüşü keçirildi. Görüş başlamazdan əvvəl tədbir iştirakçıları birinci Qarabağ və 44 gün davam edən Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Beyləqan rayon R.Abbasov adına 4 nömrəli tam orta məktəbin direktoru Tamella Quliyeva, məktəbin müəllim və şagirdləri,rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakir Həsənov, Rayon Təhsil Şöbəsinin məsul işçisi Anar Yaqubov, rayon Uşaq Gənclər İdman Şahmat mıktəbinin direktor müavini Etibar müəllim, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru,AYB,AJB-nin üzvü Elman İsrafiloğlu, “Quruluş” qəzetinin redaktoru, AJB-nin üzvü,voleybol üzrə SSRİ idman ustası Binnət Əliyev iştirak etmişlər.Tədbiri açıq elan edən məktəbin direktoru T.Quliyeva qonaqları salamladı, məktəbin uğurlarından söz açdı. Ölkəmizdə idmana göstərilən qayğədan danışdı.