XOCALI QAN YADDAŞIMIZ

25 feval 2022-ci il tarixdə Beyləqan rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 30-cu il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Beyləqan rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon Gənclər İdarəsinin rəisi Sənan Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, rayon Təhsil Şöbəsinin məsul işçisi Anar Yaqubov, ATİAHİ Beyləqan rayon komitəsinin sədri Tahir Həsənov, qonaqlar, məktəblilər,mətbuat işçiləri, müəllimlər iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Soyqrım abidə kompleksinin önünə gül- çiçək düzərək Xocalı soyqrımı qurbanlarının xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir yuxarıda adı çəkilən məkanda davam etmişdir.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Qarabağ və ətraf rayonların azadlığı uğurunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərin və Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Beyləqan rayon Gənclər və İdman İdarəsinin rəisi S.Quliyev Xocalı
faciəsindən ətraflı bəhs etdi. Bildirdi ki, Xocalı faciəsinin 30 illiyi ilə bağlı rayonun ümumtəhsil məktəblərində müxtəlif silsilə tədbirlər keçirilib.
Sonra Xocalı faciəsinin 30 illiyi ilə bağlı rayon məktəbləri arasında inşa, rəsm müsabiqələrinin və basketbol yarışının qalibləri diplom, qiymətli hədiyyə və medallarla mükafatlandırıldı.