Azərbaycan Dövlət Pedaqoji Universitetində Şəhid ailələri ilə görüş keçirilib

16:49 18-03-2022 237

Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Xarici Dillər Mərkəzinin (XDM) dosenti, Filologiya üzrə fəlsəfə doktoru Qəribə Məmmədovanın təşkilatçılığıyla Şəhid ailələri ilə "Novruz" bayramı münasibətilə görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekan müavini Dosent Habil Həsənov açmışdır.

Hergun.az saytının verdiyi məlumata əsasən, tədbir 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün müdafiəsi zamanı canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirə I Qarabağ müharibəsi şəhidi Həmidov Heydər Rza oğlunun qızı, II Qarabağ müharibəsi şəhidi mayor Anar Məmmədovun xanımı Nəzirə Məmmədova və şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun həyat yoldaşı Şəhla Məmmədova dəvət olunub.

Həmçinin, tədbirdə baş mütəxəssis Rəhim Əliyev, tyutor Aytən İbrahimova,Lobarantlar Sevda Məmmədova ,Günel Vəliyeva,nəzarətçi Ceyhun Hüseynov və digər əməkdaşlar da iştirak edib.

Tədbirdə "TAR 2102, TAR 2103 və TAR 2105" qrupunun tələbələri adından Züleyxa Yusifova və Aytən Əliyeva iştirak etmişdir

Tədbir iştirakçıları şəhid xanımlarına səbr diləmiş, onlara bu şərəfli ömür yolunda uğurlar arzulamışdır.Tədbirin sonunda şəhid xanımlarına gül dəstələri təqdim olunmuş, övladlarına isə hədiyyələr verilmişdir.

tedbirtedbir1tedbir4tedbir3tedbir7tedbir8tedbir2tedbir5tedbir6

Ayan Ələkbərli

Hergun.az

Xəbər lenti