Uğurun məqsədləri: arzular və arzulardan doğan istəklər

22:37 27-03-2022 1288

           İnsan şəxsi həyatında uğur qazanmaq istəyir və hər zaman uğur qazanmağın yollarını axtarır. Uğur qazanmağın yollarını axtarmaqla vaxtımızı itiririk. Hesab edirəm ki, həyatda özümüzə bir yol seçməli və bu yolda inamla addımlamalıyıq. Təbii ki, uğura gedən yolda qarşımıza müəyyən maneələr çıxacaq və bu maneələri aşmaq üçün yorulmadan cəhd etməli, mübarizə aparmalıyıq. Bu cəhdlərimiz bir nəticə vermədikdə isə, ruhdan düşməməli, əksinə, məqsədimizə çatmaq üçün yenidən cəhd etməliyik. Hər maneələri aşdıqda qazandıqlarımız mütləq qarşıdakı növbəti maneələri aşmaq üçün bizə əsaslı stimul verəcək.

         Arzularımıza çatmağın tək yolu məqsədlərimizi arzularımız etməli, məqsədlərimizə çatmaq üçün üzərimizə düşən öhdəlikləri bilməli, onlari yerinə yetirmək üçün çox böyük səylə çalışmalıyıq. Sizə ətrafdan göstərilən təzyiqlərin təsiri altına düşmədən öz düşüncələrinizlə hərəkət etməlisiniz. Öz düşüncələrinizi fikirlərinizi ətrafiniza sizə dəyər önəm verən insanlara çatdırmağa çalışın. Ola bilər ki, ilk cəhddə onlar sizi yanliş anlaya bilərlər, amma siz bu yanlış anlamaları düzəltmək məqsədi ilə insanlara fikirlərinizi aydin çatdirmaq üçün qurduğunuz cümlələrin ibarət olduğu sözləri elə seçin ki, əks tərəf sizi doğru anlaya bilsin. Məhz, fikirlərinizi düzgün çatdırmağıniz da, bilavasitə sizin nitq uğurunuzdur.

          Məqsədlərimiz bizi zirvələrə qaldırmaq üçün gözə aldığımız və uğrunda məğrurcasına addımlayaraq heç kimin, heç nəyin maneə ola bilməyəcəyi, bizi biz edən mücərrət bir varlığin istinad nöqtəsindən pik nöqtəsinə qədər olan bir məsafənin düşüncələrimizdə tutduğu yerdir. O yer ki, orada qurduğumuz xəyalları, özümüzlə bağlı gələcəyimizlə bağlı beynimizin xüsusi bir nöqtəsində fokslanaraq bizə xəyallarımizı gerçəkləşdirməyə köməklik göstərir.

         Uzun illər xalqımızın arzularının, istəklərinin önündə gələn Qarabağımzı görmək, o gözəl torpaqlara ayaq basmaq idi. Ölkəmizin Prezidenti, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev siyasi irsinin ən layiqli davamçisi, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqının arzularını qarşısına bir məqsəd kimi qoydu və bu məqsədə xalqi ilə birlikdə çatdi. Hər zaman xalqının yanında olaraq, onlarla yaxin təmasda oldu və xalqın arzularına çatdırdı. Şübhəsiz ki, müharibədə qan tökülür, bizim də haqq davamizda canını, qanını vətən üçün, torpaq üçün verən şəhidlərimiz və qazilərimiz oldu. Gözəl bir söz var: su torpaqla qarışanda palçıq, qan torpaqla qarışanda isə, Vətən olur. Bəli, biz də Vətənimizi canımızdan, qanımızdan çox sevirik. O sevginin bariz nümunəsi şəhidlərimiz, qazilərimizdir. Onlar qanlarını canlarını, ailələrini, sevdiklərini bizə əmanət edərək öz Vətəni üçün, öz xalqı üçün irəli atıldılar. Bu gün bizə əmanət olaraq onların ailələri, övladlari qalıb və biz də bu əmanətə sahib çıxmalı, onların yoxluğunu hiss etdirməməliyik. Bu, bizim məqsədimiz deyil, vətəndaşlıq  borcumuzdur. Hər bir Azərbaycan vətəndaşının şərəf borcudur.

          Məncə, insanın kimliyini və insani keyfiyyətlərinin görmək üçün, onun məqsədlərini, həyatda tutduğu yolu izləmək kifayətdir, çünki hər bir insanin məqsədi arzuları onun insani keyfiyyətlərini xarakterizə edən əsas şərtlərdəndir. Gündəlik həyatımızda bir çox insanla rastlaşırıq, həmsöhbət oluruq, bəzən də işgüzar əladələr qururuq. Bu zaman kiminlə ünsiyyətdə olduğumuzu dərk etmək, onun bizə və ya görüşümüzün səbəbinin onun ücün nə dərəcədə önəmli olduğunu bilmək üçün, onun reaksiyalarına diqqət etməliyik. Qarşı tərəfin bizə nə dərəcədə diqqət yetirdiyini anlamaq üçün onunla dialoq qurduğumuz anda, ani olaraq bir çox sual vərərək gələcək planlarimizin uğurlu və ya uğursuz olacağini öncədən görə bilərik.

         Həyatda qazandığımız uğurları, bizə o uğurları qazanmaqda köməklik edənlərlə paylaşmalıyıq və onların əziyyətini unutmamalıyıq. Əgər belə bir  münasibəti özümüzdə vərdiş halına gətirsək, təbii ki, uğurlarımız davamli olacaq.

         İstəklərimiz bəzən bizim xəyal dünyamızdan, bəzən isə, məqsədimizə çatmaq üzrə olduğumuz zaman qarşılaşdıqlarımızdan irəli gəlir. İstəklərimizin formalaşması üçün düşüncələrimizi düzgün formalaşdırıb reallığa çevirə biləcəyimiz xəyallar quraraq həmin xəyallarımızı dərindən dərk edib, onu gerçəkləşdirmək üçün yollar düşünüb, düzgün mövqe tutub irəliləmək, irəliyə doğru addım atmaq lazimdir. Şübhəsiz ki, atdığımız addımlara diqqət etməliyik ki, düzdün yolla getdiyimizə, uçruma dogru deyil, zirvəyə doğru getdiyimizə  tam əmin olaq. Qalxdığımız zirvədə daimi olaraq qalmaq üçün, zirvəyə qalxan zaman qarşılaşdığımız maneələri və o maneələri aşan zaman çəkiyimiz çətinlikləri unutmayaq. Çətinliklər bizi ruhdan salmamalıdir, qorxutmamalıdır, əksinə çətinliklərin üstünə gedərək onlara qalib gəlməliyik. Çətinliklərə qalib gəliyimiz zaman həyatda öz yerimizi tapmağa, yolumuzu tutmağa başlayırıq. Tutduğumuz yol isə bizi şəxsiyyət olaraq formalaşdırır. Sözsüz ki, bizim şəxsiyyət olaraq cəmiyyətdə düzgün formalaşmağımız, cəmiyyətimizin çiçəklənməsi, inkişaf etməsi deməkdir. Hər bir şəxs özünü cəmiyyətdə düzgün formalaşdırsa, cəmiyyətimizdə xoşagəlməz hadisələr baş verməz və gələcək nəsillər də, inkişaf etdirdiyimiz cəmiyyətimizdə düzgün formlaşar. Unutmayaq ki, cəmiyyətimizin düzgün istiqamətdə və ya tam əksinə, uçruma doğru getməsi, fərqli ailə mühitində tərbiyə alaraq cəmiyyətimizi formalaşdıran şəxslərdən asılıdir.

            Qeyd: Uğur nədir? Məqsəd nədir?

               Pul qazanmaqmı?

              Şan-şöhrət qazanmaqmı?

              Var-dövlət sahibi olmaqmı?

   Hər birimizin müxtəlif məqsədlərimiz var və bu məqsədlərə çatmaq üçün, uğur qazanmaq üçün göstərdiyimiz mübarizələrdir. Məqsədimizə çatmaq, təbii ki, uğur qazanmaq deməkdir, amma heç də, uğur qazanmaq məqsədimizə çatmaq deyil. Uğur özü-özlüyündə məqsədimizə gedən yolda qarşımıza çıxan maneələri aşmaq və yolumuza davam etmək deməkdir. Uğur pul qazamaq, məşhur olmaq, şan-şöhrət qazanmaq deyil. Bəzən uğurlarımızı məqsədimizə çatmış hesab edirik və zirvələrdə olduğumuzu düşünürük. Əslində isə, belə deyil. Bunu bəzən gec, bəzən isə, tez anlayırıq. Bir çoxumuz qazandığımız uğurlar səbəbindən ətrafı yaxşı görə bilmirik və əsas məqsədimizi unuduruq. Məqsədimizi düzgün seçməliyik ki, uğura aparan yolu da səhv istiqamətdə getməyək.

Şahmar Həkimxan oğlu Lətifzadə,

Bakı Biznes Universitetinin 1-ci kurs tələbəsi.