Göyçayda anım mərasimi keçirildi

27 Mart 2022-ci il tarixdə Göyçay rayonunda fəaliyyət göstərən “Aysel ” şadlıq sarayında Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin dəstəyi ilə birinci Qarabağ qəhrəmanı, şəhid Vilayət Rüstəmovun şəhadətə yüksəlməsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirildi. Tədbirdə Kəlbəcər və Göyçay rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, YAP Göyçay və Kəlbəcər rayon təşkilatlarının sədləri, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, AVMVİB-nin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi cənab Müşviq Əliyev, Cəmiyyətin Beyləqan rayon Şöbəsinin sədiri,AJB-nin üzvü,“Quruluş” qəzetinin redaktoru Sabit Vaqifoğlu, Kəlbəcər rayon İcra hakimiyyəti aparatı nümayəndəsi vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdüri Tural Oruczadə, Vətən müharibəsi qəhrəmanı XTQ-nin briqada komandiri polkovnik leytenant Anar Əliyevin atası Vaqif Əliyev,Ucar rayon regional Təhsil Şöbəsinin rəisi Natiq Misirov, Azərbaycan Bayrağı ordenli şəhidimiz Kərim Əliyevin atası Birinci Qarabağ müharibəsinin qazisi Məhəmmədəli Əliyev, Vətən müharibəsi qaziləri və Şəhid Ailələri İctimai Birliyin sədri Oktay Mirəlizadə, müavini Süleyman Cəfərov, qazi kəşfiyatçı kapitan Elman Allahverdiyev, Birinci və İkinci Qarabaö müharibəsinin iştirakçısı kapitan Bayram Vəliyev, XTQ-in polkovniki Vüsal Bayramov, gizir Elbrus Abbaszadə, gizir Vahab Nemətov , Göyçay rayonunda fəaliyyət göstərən idarə müəssisə rəhbərləri, AYB,AJB-nin üzvü, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu, şair Etibar Süleymanlı, Beyləqandan gələn qonaqlardan Vaqif Mehdizadə, Vətən müharibəsi qazisi Əmrah Əliyevin atası Natiq Əliyev,Şəhid anaları, ataları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri , mətbuat işçiləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Birinci Qarabağ və 27 sentyabr 2020-ci il Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Çıxış edən natiqlər Birinci Qarabağ müharibəsi və 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsindən danışmışlar. Çıxış edənlər Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qələbəsindən danışmışlar.
44 gün davam edən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza Allah rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin.
Tədbirin sonunda Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon Şöbəsinin sədiri Eldəniz Rüstəmov çıxış edərək ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Elman İsrafiloğlu