31 mart Azərbaycanlıların soyqırımı günüdür

23:33 01-04-2022 461

  Beyləqan rayonu 8 saylı  tam orta məktəbdə  31 mart Azərbaycanlıların soyqırımı  günü ilə  bağlı tədbir keçirilmişdir.

    Əvvəlcə Soyqırımı qurbanlarının və  torpaqlarımızın azadlığı və müdafiəsi uğurunda  qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi ehtiramla yad edildi.

    Tədbirdə məktəbin direktoru  İkrəm Cəlilov çıxış edərək  1918-cil mart ayının 31-də ermənilər tərəfindən törədilən soyqrımdan danışdı. Bildirdi ki,1918-ci il  mart ayının sonları, aprel ayının əvvəllərində  ermənilər Bakı və ətraf bölgələrdə, Şamaxıda, Qubada,Xaçmaz, Qarabağ,Hacıqabul,Lənkəranda, Naxçıvanda, Zəngəzurda, İrəvan quberniyasında  və digər ərazilərdə kütləvi şəkildə  Azərbaycanlılara qarşı soyqrımı  törətmişlər. Dinc insanları vəhşicəsinə qətlə yetirmişlər.

    İ.Cəlilov  çıxışında qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev  26 mart 1998-ci il tarixdə  31 mart Azərbaycanlıların soyqrımı günü kimi  qeyd olunması barədə Sərəncam imzalamışdır. Bu qanlı faciədən neçə illər ötməsinə baxmayaraq xalqımız hər il bu faciəni  xatırlayır. Bu soyqırımla əlaqədar müxtəlif tədbirlər keçirir.

   Məktəbin tarix müəllimi  Səma Əliyeva, direktor müavini  Sevda Quliyeva  və başqaları çıxış edərək  soyqrımı faciəsindən  ətraflı və geniş bəhs etdilər.

   Məktəbdə keçirilən tədbirdən sonra məktəbin pedaqoji kollektivi 31 mart Azərbaycanlıların soyqrımı ilə bağlı keçirilən ümumrayon tədbirinə qatılmışlar. Məktəbin müəllim və şagirdləri soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüş, soyqırım qurbanlarının xatirəsini yad  edərək, Allahdan rəmət diləmişlər.