İdman sahəsində qazandığımız uğurlar, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu günü-gündən artırır

19:34 08-04-2022 107

    Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində çoxsaylı uğurlar qazanmaqdadır. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən həmin uğurların hər biri bizim üçün dəyərlidir. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir və ya bayrağımız qaldırılır. Həmin uğurları bizə idmançılarımız – ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış gənclərimiz qazandırırlar.

    Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt daim dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir. Beynəlxalq təşkilatlar da öz tədbirlərini keçirərkən bu məqamı nəzərə alır. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi tədbirləri keçirilmişdir. Bu, dünya miqyaslı idman turnirlərinə də aiddir. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hər kəsə məlumdur ki, Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişaf və nüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər.

   Məhz buna görə də ölkəmizdə çoxlu sayda Avropa, dünya birincilikləri, Olimpiya təsnifat turnirləri keçirilməkdədir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının arxasında ölkəmizdə dövlət tərəfindən həyata keçirilən nəhəng işlər dayanır. Həmin işlərin nəticəsi olaraq Azərbaycan siyasi-iqtisadi cəhətdən güclü dövlətə çevrilib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf etmiş dövlətlərindən birinə çevrilib. 

   Bu inkişafa paralel olaraq idman sektorunda da qısa müddət ərzində xeyli böyükmiqyaslı layihələr reallaşdırılıb. Sadəcə, onu vurğulayaq ki, planlı şəkildə həyata keçirilən işlər nəticəsində idman sahəsində müasir idman infrastrukturu yaradılıb ki, bu fakt idmanın inkişafında həlledici rol oynayır. Dövlət başçısının bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq respublikamızın, demək olar ki, hər bir bölgəsi müasir idman infrastrukturu ilə əhatə olunub. Bu isə ölkədə uşaqların və gənclərin tərbiyəsində, fiziki-mənəvi inkişafında mühüm rol oynayır. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda da bu məqamlara toxunacağıq. Azərbaycanda dövlətin həyata keçirdiyi siyasət nəticəsində yeni idmançı nəsli yetişir. Yəni, bu siyasət elə qurulub ki, daimi olaraq yığma komandalar üçün ehtiyat qüvvə yetişir. Fiziki-mənəvi baxımdan sağlam yetişən yeniyetmə və gənc nəsil artıq indidən idmanımızın sabahı üçün böyük gələcək vəd edir.

 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. Milli Olimpiya Komitəsinin prezidenti olduğu ilk dövrlərdən cənab İlham Əliyev Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqətı, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Olimpiya hərəkatına qoşulmaq da Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və nüfuznun artmasına səbəb oldu. Dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olmuşdur. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsirin ikinci yarısından başlanmışdır. Xeyli sayda idman komplekslərinin, meydançalrın, zalların, idman-sağlamlıq mərkəzlərinin və sair idman obyektlərinin tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövürlərin idman uğurlarının göstəricisi idi.

   2003- cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində qətiyyətli addımlar atdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi.
   Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı fərmanla martın 5-i Azərbaycanda İdman və Bədən Tərbiyəsi Günü kimi qeyd edilir. Həmin vaxtdan başlayaraq, idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar. İdmançılara göstərilən dövlət qayğısı ildən-ilə artırılır. Buna görə də ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil ediblər. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, Olimpiya komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib, idmanın kütləviliyi təmin edilib. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur.

   Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu naliyyətlər cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, dövlətimizin inkişafı, eləcədə Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik.

 

 

                                                                                                              Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

 

Xəbər lenti