BEYLƏQANIM
12:49 13-04-2022 1385

Gözəl yaratmışdır səni Allahım,
Doğma yurdum, mənim torpağım.
Cərciz uyuduğu ziyarətgahım,
Mənim doğma yurdum, ulu Beyləqan.
Arzumdur ucalsın nurlu həyatın,
Qəlblərə ruh versin sənin amalın.
Artır yaraşığın, hüsnü-camalın,
Mənim doğma yurdum, ulu Beyləqan.
Şəhidlər abidəsi ucalıb burda,
Heydər parkı yaraşıqdı bu yurda.
Qazanır günbəgün şöhrət, uğur da,
Mənim doğma yurdum, ulu Beyləqan.
Mücirəddinin var, var adın-sanın,
Dünyaya yayılıb şöhrətin, şanın,
Dilbər guşəsisən Azərbaycanın,
Mənim doğma yurdum, ulu Beyləqan.
Bu yurdda ərləri sən salamladın,
Səslənir hər yanda bil məğrur adın.
Parlayacaq adın-sanın, zamanın,
Mənim doğma yurdum, ulu Beyləqan.
Vüqar Beyləqani, Vüqar Ayaz oğlu Qasımov.