Emil Səməndərov: "Müharibədə irəli atılan oğullarımız indi Bayrağımzı dalğalandırırlar" - VİDEO

14:28 30-04-2022 767

Xəbər verdiyimi kimi, iş adamı Emil Səməndərov “Qarabağ - Əlil döyüşçülər” Futbol Federasiyasına vitse-prezident təyin edilib.  O artıq bir neçə gündür ki, bu vəzifəni icra edir. 

HərGün.az-a danışan iş adamı Emil Səməndərov komandanın qarşıdakı yarışlarda daha böyük qələbələrə imza atacağını inandığını qeyd edib: 

"Azərbaycanın idman sahəsindəki inkişafı danılmazdır. Digər sahələrə olduğu kimi Prezident cənab İlham Əliyev idmana diqqət və qayğısı göstərir.  Həmçinin ölkənin I vitse-prezidenti Meriban xanım Əliyevanın da  idmanın inkişafında xidmətləri misilsizdir.  Məhz buna görədir ki, Azərbaycan dünyada idman ölkəsi kimi ön sıralarda öz yerini tutub. 

Onun prezidentliyi dövründə ölkəmizdə Avropa, Dünya çempionatları keçirilib. Rayonlarımızda idmanın bütün növlərinin maddi texniki bazası yaxşılaşdırılıb. Ən nüfuzlu yarışlarda şanlı qələbələr qazanaraq bayrağımızı daim uca zirvələrə yüksəldiblər. 44 günlük Vətən Müharibəsində zəfərlə qayıdan  oğullarımız bu gün özünü meydançalarda da sübut edir. 

30 il düşmən tapdağı altında qalan torpaqlarımız üçün irəli atılan gənclər bizim qürur yerimizdir. Bu gün bədəninin müəyyən bir üzvünü itirmiş qazilərimiz də yarışlarda qələbə üçün çalışırlar. Müharibə zamanı irəli atılan oğullar indi də yarış meydanlarında bayrağı dalğalandırmaq, himni səsləndirmək üçün can atırlar. Tarixi Zəfərimiz idmançılarımıza daha böyük güc və stimul verir. 

 

Biz də əlimizdən gələn qədər idmançılarımıza dəstək olmağa çalışırıq. Onların qələbəsi bizi daha da ruhlandırır. 

Bildiyiniz kimi, komandamız mayın 20-dən 22-dək Polşanın Krakov şəhərində keçiriləcək “AvroLiqa”ya vəsiqə qazanıb. Sözügedən yarışda 8 ölkənin komandası iştirak edəcək. 

İnanıram ki, idmançılarımız burada da öz sözlərini deyəcəklər. Komandamıza uğurlar arzu edirəm".