İşğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır

12:10 21-07-2022 690

    Bu gün biz Azərbaycan xalqı olaraq düşmən tapdağından torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayırıq. 44 gün davam edən Vətən Müharibəsi nəticəsində rəşadətli ordumuz işğalçı Ermənistanın ordusunu diz çökdürdü. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Şuşa daxil olmaqla, ümumilikdə 300-dən artıq yaşayış məntəqəsi erməni işğalından azad edildi. Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq ötən ayın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın boşaldılaraq Silahlı Qüvvələrimizə təhvil verilibdi. Bununla da işğala son qoyularaq ölkəmizin ərazi bütövlüyü təmin olundu.

   Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırdı. Həmin ərazilər tam azad olunduqdan sonar dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsidir. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd isə yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bu da o deməkdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müharibədən sonar vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaları üçün müəyyən edilmiş Dövlət proqramlarını uğurla həyata keçirəcək. Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmiryolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır.Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir. Dövlət başçısının, demək olar ki, bütün çıxışlarında, xarici ölkələrin nümayəndələri ilə təmaslarında da Qa­rabağın bərpası əsas müzakirə mövzusu olur. Prezident İlham Əliyev bu mövzu­da danışarkən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrast­ruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verir. Bildirir ki, həmin ərazilərdə yenidən qurma pro­sesi gedir, qarşıda nəhəng işlər durur və böyük bir ərazi tamamilə yenidən quru­lacaq. Ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərin yenidən qurulması ölkədə iqtisadiyyatın qeyri-enerji sektoru­nun, xüsus ilə tikinti sahəsinin inkişafına təkan verəcək.

   İşğaldan azad olunmuş ərazilərimizdə hazırda bərpa-quruculuq işləri uğurla davam edir. Təbii ki, bu işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilir. Onu da unutmayaq ki, Azərbaycan bu bərpa-quruculuq işlərini öz gücü, öz daxili vəsaiti hesabına həyata ke­çirir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri