YURDUMUN QƏHRƏMAN OĞLUSAN, YALÇIN

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə şərəf səhifəsi kimi yazıldı. 44 günlük müharibə 30 ilə yaxın yurd həsrəti ilə yaşayan soydaşlarımızın bu həsrətinə son qoydu. Xalqımıza sevinc bəxş etdi. Xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevin ətrafında dəmir yumuruq kimi birləşərək düşmənə elə zərbələr endirdi ki, mənfur ermənilər bu zərbələrin təsirindən çətin ki, bir də ayıla bilsin.Müharibələr heç bir xalqa sevinc bəxş etmir. Əksinə dağıntılar, itgilər və xəsarət alanlar olur.
Xalqımız tarixlər boyu sülhsevər olub. Amma yurda düşmən basqın edəndə ellikcə ayağa qalxmağı bacarmışıq və düşməni yerində oturda bilmişik...
Birinci Qarabağ savsşından 30 ilə qədər bir vaxt ötdü. Bu illər ərzində düşmənlərimiz işğal etdikləri ərazilərimizin sərvətini talayıb, evləri darmadağın etdi. Əvəzində həmin yerlərdə istehkamlar tikdilər. Onlar inanmırdılar ki, Azərbaycan xalqı bir gün ayağa qalxıb itirilmiş ata-baba torpaqlarımızı düşməndən azad edəcək.Çünki mənfur ermənilər havadarlarına arxalanırdılar. Elə birinci Qarabağ savaşında da mənfur ermənilər havadarlarının hesabına torpaqlarımızı işğal etmişdilər. Birinci Qarabağ savaşında xeyli itgimiz və qazilərimiz oldu. Bunu xalqımız heç vaxt unuda bilməzdi. Ötən bu otuz il ərzibdə xalqımız qüdrətləndi, ordumuz gücləndi və düşməndən qisas alaraq torpaqlarımızı azad etmək üçün vaxt-məqam yetişdi...
27 sentyabr 2020-ci il...
Bu tarix XXI əsrdə Azərbaycan xalqının tarixinə yazılan itirilmiş torpaqlarımızın azad olunmasına gedən yolun başlanığıcıdır.
Bu tarix Vətən müharibəsinin başlanıcığıdır.
Bu tarix ZƏFƏRƏ gedən yolun başlanğıcıdır...
Heç bir insan istəməz ki, yaxınları, doğmaları müharibədə həlak ola. Amma , çox təəssüflər olsun ki,müharibələr itkisiz keçinmir. Döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar da olur, döyüşçülərin döyüşərək yaralanıb bədən xəsarəti alaraq əlilə çevirilənlər də olur, qazilər də olur, itgin düşənlər də olur...
Vətən müharibəsi başlayanda elimizin-obamızın igid oğulları birlik göstərərək torpaqlarımızın azadlığı uğurunda haqq savaçına qalxdılar. Beyləqanın da igid oğulları səfərbər oldular. Belə oğullardan biri də Beyləqan rayonunun Örənqala kənd sakini Şəhid Dadaşzadə Yalçın İsmayıl oğludur.
Şəhid Dadaşzadə Yalçın İsmayıl oğlu 1993-cü il iyun ayının 10-da Beyləqan rayonun Örənqala kəndində anadan olub. 1999-cu ildə Örənqala qəsəbə Milli Qəhrəman Nazim Quliyev adına kənd tam orta məktəbində birinci sinifə gedib. Orta məktəbdə oxuduğu illərdə Yalçın sinif yoldaşlarının, müəllimlərinin hörmət və sevgisini qazanmışdır. Hələ kiçik yaşlarından hərbiçi olub Vətənin keşiyində dayanmaq arzusu ilə yaşamışdı, Yalçın. İbtidai sinifdə oxuduğu illərdə müəllimlərinin, parta yoldaşlarənın rəğbətini qazanmışdı, Yalçın. Vətənpərvərliyi və təəssübkeşliyi ilə də fərqlənərdi.Böyüdükcə Vətən sevgisi, Vətən anlamı ildən-ilə onun içində daha müqəddəs bir hissə çevirilirdi.
-Mən vətənpərvər olacam, əsgər olacam,- deyərdi, Yalçın.
Yalçın böyüdükcə vətənə olan sevgisi daha da artdı. Oxuduğu dərsliklərdən, kənd ağsaqqallarından Birinci Qarabağ savaşında mənfur ermənilərin törətdikləri vəhşilikləri eşitdikcə qəlbində düşməndən qisas almaq hissi daha da alovlanırdı:
-Şəhidlərin qisasını alacağam, deyirdi.
Onun gözlərində düşmənə nifrəti hər zaman görmək olardı.
2010-cu ildə Yalçın Örənqala qəsəbə Milli Qəhrəman Nazim Quliyev adına kənd tam orta məktəbi müvəffəqiyyətlə bitirir.
Məktəbi bitirdikdən sonra elə həmin il, 2010-cu ildə Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılıb.
Yalçın Dadaşzadə həqiqi hərbi xidmətini Goranboy rayonunda “N” saylı hərbi hissədə edib. Hərbi hissədən tərxis olduqdan sonra Yalçın Dadaşzadə Ağcəbədi rayonunda “N” saylı hərbi hissədə MAHHXHQ-kimi işləməyə başlayır.
2013-cü ildən MAHHXHQ-kimi işləyən Yalçın ön cəbhədə xidmətini davam edir. Elə həmin ildə Yalçın kəşviyat kursunda olur və kəşviyata gedir. Xidmət etdiyi hərbi hissəədə ən fəal kəşviyyatçı kimi tanınır. Kəşviyata getdiyi zaman bir erməni əsgərini əsir götürür.Bu igidliyinə görə hərbi hissə komandiri tərəfindən Fəxri fərmanla mükafatlandırılır...
Yalçın Şuşada olmamışdı. Şuşanı görməmişdi. Çox istəyirdi ki, Şuşanı azad edib, o dilbər guşəni görsün.Həmişə ondan bu sözləri eşitmək olardı:
-Şuşaya ilk bayraq sancanlardan biri mən olacam. Dümməndən qisasımızı alıb torpaqlarımızı azad edəcəm.
Bu böyük arzu ilə yaşayırdı...
Yalçın 2016-ci il aprel döyüşlərinin fəal iştirakçılarından olub. Nümunəvi döyüşünə görə Komandanlıq tərəfindən Fəxri Fərmanla təltif olunub.
Göstərdiyi fəaliyyətlərə görə 2018-ci ildə Yalçın Dadaşzadə gizir rütbəsinə layiq görülür və gizir kimi xidmətini davam edir.Gizir Yalçın Dadaşzadə 2018-ci ildə Beyləqan rayon “N” saylı hərbi hissədə Piyadanın Döyüş Maşınının (PDM -nın ) komandiri kimi fəaliyyət göstərir.
Xidmət etdiyi illərdə düşmənə olan nifrəti daha da güclənir.İstəyirdi ki, müharibə olsun, müharibədə iştirak etsin , torpaqları azad etsin, həm də şəhid olmaq arzusu ilə yaşayırdı.
Yalçın qohumları ilə danışanda hər dəfə :
-“Mən şəhid olacağam”-deyərdi.
Qohumları da:
-Yalçın ,sənə nə olub ki, niyə belə deyirsın,- deyərdilər.
Ona görə də yaxınları ilə görüş zamanı, Yalçın hərbi həyatından elə də çox danışmazdı.
2020-ci ilin iyun-iyul aylarında mənfur ermənilər azğınlaşaraq torpaqlarımıza hücumlar etməyə başladılar.Mənfur düşmən müxtəlif bölgələrimizi iriçaplı silahlardan atəşə tutur, dinc əhalini qorxu içində saxlamağa çalışırdı.Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması onu bərk sarsıtdı.
Polad Həşimov şəhid olandan sonra Yalçın şəkil düzəldib ancaq onu paylaşdı.
-Cənab General qanın yerdə qalmayacaq!
Bu sözünə də əməl etdi.
Nəhayət Yalçının gözlədiyi gün , zaman gəlmişdi.
26 sentyabr 2020-ci il tarixdə Yalçın evə gəlmişdi. Ata-anası ilə, qohumları ilə görüşür. Amma sabah müharibə olacağı barədə heç kimə bir kəlmə də olsun demir. 26 sentyabr 2020-ci il tarixdə gülə-gülə işə gedir. Sabah isə, yəni 27 sentyabr 2020-ci ildə müharibə başlayır...
Həmin gün Beyləqanın səmasnı müdhiş bir səs bürümüşdü. Bu hava siqinalı idi. Sentyabrın 27-də artıq hər kəs bilirdi ki, müharibə başlayıb. Yalçın müharibədədir.
Həmin gün ata-anası, qohumlarl nə qədər zəng edirlərsə də Yalçına zəng çatmır.Telefonların açmır. Nəhayət Yalçın telefonu açıb ata-anası ilə, qohumları ilə, yaxınları ilə danışır.Sözləri bu olur:
-Şükür yaxşıyıq. Hər şey qaydasındadır. Mən də yaxşıyam,-deyib telefonu söndürür.
Döyüş yoldaçlarının dediklərinə görə Yalçın döyüşdə yaralanır.Yalçın. Şəhidləri döyüç mövqeyindən çıxarmağa kömək edir.
Bundan sonra Yalşına zəng çatmır. Telefonlarının heç biri açılmır.
Ata-anası, yaxınları Yalçın döyüşdə olan zaman döyüşçü yoldaşlarının hansına zəng çatırdısa onunla əlaqə saxalyardı. Onlar da bildirərdilər ki, Yalşın yaxşıdır. Həqiqətən də, Yalçın onda yaxşı idi.
29 sentyabr 2020-ci il tarixdə Yalçının idarə etdiyi PDM-nı düşmən tərəfindən vurulur. PDM-nın içində olanlardan yaralananlar olur. Yalçın PDM-nın içində olan yaralı qardaşını çıxarır. Silahını götürüb irəli gedir.Döyüşçü yoldaşları:
-Yalçın, getmə, desələr də onları eşitmir. Yalçın irəli gedir.Yalçının PDM-nı vurulduqdan sonra hardasa 30 km piyada yol gedir.Döyüş mövqelərinə çatan zaman Yalçın düşmən tərəfindən vurularaq şəhid olur.Şəhidlik zirvəsinə ucalır.
Yalçının vəziyyəti barədə ata-anası, yaxınları zəng edib soruşanda:
-Yaxşıdır, görmüşük, döyüşür deyirlər.Şəbəkə olmadığı üçün telefonu açmır, söyləyirlər.
29 sentyabr döyüşçü yoldaşlarının ata-anasına və yaxınlarına dedikləri sən demə yalan imiş.Döyüş zamanı Yalçın neytral zonada qalıbmış. Onu götürə bilmirlər. Nəhayət 01 oktyabr 2020-ci il tarixdə zəng gəlir:
-Yalçın yaralanıb.
Heç kim bu sözə inanmır. Deyirlər ki, Yalçın hərbi Hospitaldadır. Yaxınları zəng edib maraqlanırlar. Yaralılar siyahısında Yalçının adı çıxmır. Hər kəs sevinir ki, Yalçına heç nə olmayıb, yaralanmayıb. Amma, Yalçından xəbər yoxdur.
Zəng edib deyirlər ki, şəhidlər siyahısına baxın, görün Yalçının adı orada var?
Valideynləri zəng edir, Yalçının adının şəhidlər siyahısında olub-olmamasını öyrənirlər.
Zəng gəlir ki, Yalçının adı şəhidlər siyahısında var...
Anası Afət Dadaşovanın dediklərindən:
- Ailədə üç qardaş olublar. Üç qardaşın ortancılı idi, Yalçın.
Evdən ötəri darıxan Yalçınım bizi görmək üçün işdən imkan olan kimi tez-tez evə gələrdi. Çox zəhmətkeş idi. Ailəsinə bağlı,Vətənini sevən, zarafatçıl, şən, gülərüz, heç kimi incitməyən, elinin-obasının gözündə qəhrəman kimi tanınırdı, mənim balam. Ailəsinə nə qədər bağlı olsa da vətəninə daha çox bağlı idi. Bizi yox,Vətəni seçdi, mənim balam. Aylar keçir. Yalçınımın yoxluğuna inana bilmirəm. Mən elə hiss edirəm ki, Yalçın haradadırsa gələcək. Mən balama toy edəcəkdim, onu bəy görəcəkdim. Amma, bunlar qismət olmadı...
Atası İsmayıl Dadaşovun dedikləri:
-Övladlarımın hamısını şox istəyirəm. Amma, Yalçın başqa olmuşdu, mənim üçün hər zaman. Özümdən asılı deyildi. Yalçın balaca olanda qaçıb gələrdi yanıma. Uşaqların içində daha çox onu öpüb, bağrıma basardım.Mənim oğlumun vətənə olan sevgisini uşaq olarkən görmüşdüm onda.Yalçın böyüdükcə,-Vərəni düşməndən azad edəcəyəm, deyirdi. Düşmənlərdən şəhidlərimizin qisasını alacağam, deyirdi, mənim balam.
Şuşanı görməmişdi. Amma, Şuşaya bayraq sancacam, deyirdi.
Əlbəttə, mənim balam ən gözəl zirvədədir, amma onun yoxluğu ilə barışa bilmirəm....
Qardaşı Rövşən Dadaşzadənin dediklərindən:
-Qardaş həmişə adama vacibdir, dayaqdır. İnsanın canı nə qədər sağ olsa da qardaş başqadır. Yalçın bizim içimizin ən şirini, ən sevimli, ən nadinci idi. Hər kəs onu çox sevirdi, həmişə onunla fəxr edirdilər. İndi mənim qardaşım şəhid olub ən uca zirvəyə yüksəlib.Şəhid olmaq mənim qardaşımın arzusu idi. Qardaşım arzusuna çatıb. Amma, yoxluğu çətindir, nə qədər biz sağ olsaq da, yenə də elə bilirsən nə isə kəmdir. Qoluyun gücü, qüvvəti yoxdur. Yalçın tamam başqa olmuşdu və yenə də başqa oğul oldu.
Qardaşı Tunar Dadaşzadənin dediklərindən:
-Mən qardaşımla fəfr edirəm. Fəxr edirəm ki, Yalçın kimi qardaşın qardaşıyam. Qardaşa qardaşdan yaxın heç kim ola bilməz. Məkanı cənnətdi - qardaşımın və bütün şəhidlərin...
Kənd arasında Yalçından söz düşəndə bu sözləri eşitmk olar:
-Biz həmişə Yalçınla fəxr etmişik, həmişə sağ olanda da . Kim dara düşsə, kimin köməyə ehtiyacı varsa Yalçın həmişə kömək edərdi. Yalçın həmişə ata-anasının, yaxınlarının, elinin-obasının başını dik tutub, indi də gedişiylə də dik tutdu.Amma, kəndimizin nəyisə kəmdi. Kəndimizin igidi yoxdu. Yalçının gedişi ata-anasını, yaxınlarını incitdiyi qədər, bizləri də sarsıtdı.
Yalçının valideynləri ilə fəxr edirik ki, elə övlad, elə igid boya-başa çatdırıblar.Yalçın sağ olanda da qəhrəman kimi tanınıb, şəhid olanda da qəhrəman kimi tanındı...
Dayıs Elsəvən Qasımovun dediklərindən:
-Bacılarımın uşaqlarının içində Yalçın həmişə mənə çox fərqli, çox yaxın olub. Yalçın balacılıqdan utancaq, ağıllı, zəhmətkeş, vətənpərvər olub.
Böyüyəndə də bu xasiyyətləri dəyişmədi.Əksinə Yalçında bu xasiyyətləri ilə yanaşı digər müsbət xasiyyətləri də artdı...
Yalçının xidmət etdiyi hərbi hissə bizə yaxın idi. Yalçın günorta dincəlmək saatı olanda bizə gələrdi. Sakitcə gəlib oturardı, heç kimdən heç nə istəməzdi. Çox utancaq idi.Kimsə ondan soruşanda ki, Yalçın nə istəyirsən? Sənə nə qulluq edim?-deyə, sual verəndə Yalçının cavabı:
-Heç nə lazım deyil, əziyyət çəkməyin, gəlin otutun.
Çay süfrəsi zamanı da Yalçın deməzdi ki, mənə də çay süzün. Özü durar çayını süzərdi. Biz deyərdik:
-Yalçın sən otur biz çayı süzək.
Deyərdi:
-Siz əziyyət çəkməyin, özüm edərəm.
Yalçın hər kəsə qarşı həmişə belə diqqətcil olub. Heç kimə əziyyət vermək istəməyib. Yalçın nə qədər utancaq olsa da özəl həyatı haqqında ona fikirlər verən onunla maraqlanan olmuşdum. Ona dayı yox, qardaş kimi olurdum.Qardaş kimi olurdum ki, utanıb, çəkinməsin.Bunu ona görə edirdim ki, mənimlə açıq olsun. Yalçın ailə həyatı qurmaq istəyirdi. Hər zaman ona fikir vermişəm. Hər zaman bizə gələndə ailə həyatı qurmaq haqqında zarafatlar edib, deyib-gülərdik.
26 sentyabr 2020-ci il tarixdə Yalçın bizdə idi.Oturub söhbət etdik. Hər dəfə olduğu kimi ailə həyatı qurmaq haqqında söhbəti yenə də mən açdım.
Hər dəfə bu haqda mənimlə danışıb-gülən Yalçın bu dəfə gülmürdü, çox bikef görünürdü. Nə qədər zarafatlar etdim, ailə həyatı qurmaq haqqında danışdımsa da yenə də Yalçının könlün aça bilmədim.Mən ona ailə həyatı qur , deyəndə onun cavabı bu oldu:
-Yox, dayı. Artıq keçib ondan . O söhbət qaldı artıq.
Mən də bilmirdim niyə belə deyir, axı? Hər dəfə mənimlə bu barədə zarafat edərdi.Nə oldu,mənim o, Yalçınıma?-deyə fikirləşdim, öz-özümə...
Yalçın bir qədər bizdə oturduqdan sonra:
-Nə isə, dayı. Özünüzə yaxşı baxın,-deyib , sağollaşıb getdi...
...Sentyabr ayının 27-də bildim ki, bacım oğlu nədən “Dayı, ta ondan keçib”,-deyə sözlərini deyirmiş.Elə bu söz Yalçından gözlədiyim söz idi, çünki o, istəyirdi müharibə olsun. Torpaqlarımızı azad etsin, özü də Şəhid olsun...
Mənim balam öz arzusuna çatdı. Həmişəki kimi başımızı uca etdi...
Yalçın elə oğul idi. Ondan nə qədər danışsam ömürlər çatmaz. Əvəzolunmaz olub bizim üçün. Hər zaman bütün işlərdə fərqli olub.Ruhun daim şad olsun Şəhidim!
Bibisi Lalə Mehrəliyevanın dediklərindən:
-“Şəhid Yalçın Dadaşzadə”. Bu adla barışmasaq da həqiqətdir.Çünki bu adın xəyallarını qurardı. Yalçın haqda danışmaq üçün bir kəlmə, ya sətirlər... bəs etməz.Mən, Yalçını 1996-cı ildən, tam üç yaşı varkən tanımışam. Çox utancaq, sakit, şirin, qırmızı yanaqlı və mehriban idi. Onu danışdırmaqdan ötəri bilmirdim nə edim. Sonralar böyüyəndən sonra bu elə də çətin olmadı. Çünki çox zaman mənimlə dərdləşər və məsləhətlər alardı. Yalçının vətənə olan sevgisi bir başqa idi. Heç yadımdan çıxmayacaq. Tez-tez telefonunda vətənpərvərlik haqqında paylaşımlar edərdi. Ən çox da etdiyi paylaşımı Milli Qəhrəman Mübariz İbrahimova aid olan sevgisi və şəkillərini öz şəkilləriylə birləşdirib qoyması idi.Bu paylaşımı çox edirdi. Bir gün dözə bilmədim və dedim:
-Bibi qurban, belə eləmə,mən pis oluram.
Yalçının mənə cavabı belə oldu:
-Bibican niyə başa düşmürsən axı, mən Mübariz İbrahimov kimi qorxmaz bir kəşviyatçı olub onun qisasını almağa and içmişəm və bunu edəcəm...
Yalçın dəfələrlə mənə kəşviyata getdiyini gülərək, fəxrlə danışardı. Hər dəfə də,-“Bibi aramızaaaa” deyərdi...
Məm bilmirəm necə deyim..., necə yazım...Onunla olan xatirələr bitməz. Heç vaxt yaddan çıxmayacaq. Son... bizimlə danışığı,belə olub...Zəng oldu. 27 sentyabr 2020-ci il Əmisi ondan, bu nə xəbərdi soruşduqda isə gülə-gülə:
-Əmi biz burda toz-torpağı süpürə-süpürə gedirik. Heç narahat olmayın. İnşəallah bir-iki günə qələbə xəbərini eşidərsiniz.
Ordumuzun qələbə çalmasına əmin idi.
Yalçınla son danışığımız beləcə bitdi. Amma, adı-sanı çox ali olan Şəhidlik zirvəsinə ucaldı.Çooxx çətindir. Çətin olduğu qədər də qürurludur. Çünki o, utancaq,ağıllı, qırmızı yanaq şirin balamızı bütün Azərbaycan tanıyır və tanıyacaq da. Hər zaman da onu və bütün Şəhidlərimizi anacağıq.
...Yalşın öz nizam intizamı ilə də xidmət etdiyi hərbi hissədə böyük hörmət qazanmışdı. Hərbinin sirrlərini öz əsgərlərinə öyrədər, onlarıqətiyyətli olmağa hazırlayardı.
Şəhid Yalçın Dadaşzadənin döyüşçü qardaşı Təmkin Rəfiyevin dediklərindən:
-Mən komandiri 2020-ci il sentyabr ayının 26-sı günü gördüm.
Qruplara bölündük. Getdik onların yanına. Məni Yalçının yanına manqa komandiri vermişdilər.
Orada Yalçın biizim haradan olmağımızı soruşdu. Yanımda olan döyüşçü qardaşlarımdan biri dedi:
-Onsuz da şəhid olacağıq.
Yalçın həmin an o,əsgərin kəmərindən tutaraq onu silkələdi və dedi.
–Sən niyə şəhid olursan? Sən düşməni məhv etməlisən. Vətəni azad etməlisən. Sənin atan-anan yolunu gözləyir. Bu döyüşlərdən qalib çıxmalıyıq. Axı, biz öz torpaqlarımızı düşməndən azad etmək üçün döyüşürük. Torpaqları azad etməyincə biz rahat ola bilmərik.
-O söz heç vaxt yadımdan şıxmaz.
Yalçın:
-O əsgər də şəhid oldu, Yalçın da. Bizə qismət olmadı. O zirvə .Allah rəhmət eləsin.
...Hərbi hissənin əsgərlər sıraya düzüldükləri meydança var. Bizim tabor da həmin meydanda dayanmıb əmr gözləyirdi.
Gecə saat 12:00-a qədər orada gözlədik. Hamı getdi qaldı bizim tabor.
Yalçın dedi:
-Day ver bu komandanı . Gedək də. Bezdik, burada dayanmaqdan.
... Döyüş başlayanda eyni maşında idik. Piyadanın Döyüş Maşınını nəzərdə tuturam. Girdik döyüşə. Xeyli döyüşdükdən sonra maşının irəliləməsi üçün maneələr oldu. Bunu görən Yalçın maşını saxladı və dedi:
-Düşün.
Maşından düşdük. Elə bu vaxt düşmənin güclü artileriya hücumuna məruz qaldıq. Orda mən və bir neçə döyüşçü qardaşlarım yaralandıq. Bizi təxliyə elədilər...
Hərbi Hospitalda idim. Digər heyətdən bir nəfər yaralı əsgər gətirdilər. Yəni həmin qardaşım da maşın sürücüsü idi. Ondan soruşdum:
-Hansı hərbi hissədənsən?
Dedi:
-Eyni hərbi hissədənik.
Dedim:
-Nə oldu filan maşın?
Dedi:
-O maşının sürücü-komandiri Dadaşzadə Yalçın şəhid oldu...
İgidlik göstərdi.Qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin...
Azərbaycanın ərazisinin bütövlüyünün təmin edilməsi uğurunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Dadaşzadə Yalçın İsmayıl oğlu ölümündən sonra “Vətən uğurunda ” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Füzuli rayonunun azad edilməsi uğurunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Dadaşzadə Yalçın İsmayıl oğlu ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Şəhidlər xalqımızın qəlbində əbəri yaşayırlar. Şəhidlərin xatirəsinə şəhər, kənd və qəsəbələrimizdə onların ad günləri və şəhidlik zirvəsinə ucaldıqları gün xatırlanır. Şəhidlərimizin xatirəsinə müxtəlif tədbirlər keçirilir. Növbəti tədbirlərdən biri də Beyləqan rayon Tarixdiyarşünaslıq muzeyində keçirilib.
Şəhidlər bizim üçün Azərbaycançılıq meyarıdır.
Şəhidlər Vətən sevərlik nümunəsidir.
Şəhidlər vətənpərvərlimk nümunəsidir.
Şəhidlər unudulmayacaqdır.
Vətən torpaqlarının azad olunması uğurunda canların fəda edənlər Tanrı dərgahına ucalanlardır.
Nə qədər ki, Azərbaycan var, şəhidlər xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Vətən müharibəsində xalqımızın nəhəng dəmir yumuruğa çevirildiyini gördük. Vətən müharibəsində Xalqımızın birliyini gördük.
Torpaqlarımızı azad etdik.
Şəhidlərimizin qisasını aldıq.
Xalqımızın birliyindən güc alıb düşmənə ZƏFƏR çaldıq.
Bu Zəfərin qazanılmasında Yalçın Dadaşzadənin də əvəzolunmaz xidmətləri oldu. Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, Aazərbaycan var Şəhidlərimiz xalqımızın qəlbində yaşayacaq.
Qorudun vətəni, qorudun eli,
Qovdun yurdumuzdan mənfur düşməni.
Azad oldu kəndlər, ellər- obalar,
Qeyd etdi ölkəmiz bu qələbəni
Yurdumun qəhrəman oğlusan, Yalçın!
Atıldın irəli döyüşlərdə sən,
Ən çətin anlarda Yalçın,qorxmadın.
Vətən azad olsun,dedin hər zaman,
Polad Həşimovun qisasın aldın.
Yurdumun qəhrəman oğlusan, Yalçın!
Şəhidlər ölməzdir, ölməyibsən sən,
Tanrı dərgahına ucalıbsan sən.
Məkanın cənnətdir, igid-qəhrəman,
Sən qalib ölkənin döyüşçüsüsən
Yurdumun qəhrəman oğlusan, Yalçın!
Şəhid olmaq idi ən böyük arzun,
Çatdın öz arzuna igid –qəhrəman.
Azad eyləyərək yrdu düşməndən,
Şanlı Ordumuzla yazdın bir dastan
Yurdumun qəhrəman oğlusan, Yalçın!
Şücaət göstərdin yenilməz oldun,
Qələbə gününü görməsəndə sən.
Nə qədər bu yurd var, Azərbaycan var,
Sən elin-obanın ürəyindəsən
Yurdumun qəhrəman oğlusan, Yalçın!