Tahir Hüseyn

Hikmət dünyası

22:56 30-07-2022 1042

Bağışlayan və rəhm edən Allahın adı ilə

 

Ön söz

   Rəhmli və ədalətli Allahın adı ilə bir  dostumun kitabına  ön söz yazmaq  üçün  şair qardaşımım əlyazmalarını oxuyram.

    Onunla  hər g ün olmasa da,  gün aşırı görüşürük. Səhhətimizdəki narahatçılıq imkan verərsə, görüşər, söhbət edərik..   Beyləqanda  vətən müharibəsi şəhidlərinin  xatirəsinə abidə ucalıb. Ora gələr, şəhidlərimizin xatirəsini yad edərik.  Elə olur ki, şəhidlər abidə kompleksinin yanına gələnə qədər  bir neçə  rayon sakinləri, qonşularımla görüşürəm. Salamdan sonra məndən  ilk olaraq soruşurlar: -” Allah adamı ilə görüşə gedirsən?”  Bu sözlərə artıq  öyrəşmişəm...

   “Qəlbin açarı Salamdır,

  Salam Allahdan kəlamdır.”

        Bir şair tanıyıram, hələ dünyaya  gəlməmişdik. Hələ bu dünyanın sakinləri deyildik. Amma, ruhlarımız qardaş idi.

     Bir şair tanıyıram, söz ilə ürəklərdə olannları tərcümə edər insanlara çatdırır.  Pis söz dilinə gətirməz,pis söz danışanlardan kənar dayanmağa çalışar. Sözə qiymət verər, yaxşı söz deyənlə oturub durar.Sözdən istifadə etməyi zərgər dəqiqliyi ilə bacarır.

     Bir şair tanıyıram, insanları şər işlərdən uzaq olmağa, düzlüyə, paklığa, yaxşılıqlar etməyə çağırar. Hidayət yoluna səsləyir.

    Bir şair tanıyıram, Tanrının nurunu qəlbinə yığıb insanların yoluna  işıq saçır. Bu nur  hikmət nurudur. Bu nur  şair Tahir Hüseynin  söz dünyasından dünyamızı işıqlandıran  nurdur. Bu nur dan ulduzu kimi parıldayır. Bu nur qara buludları parçalayır, ətrafı  işığa qərq edir və zülmətləri əridir.

    Tahir Hüseyn sözün qüdrətindən danışanda gobud sölər işlətmir, əksinə  insanların xoşuna gələn, qəlbi oxşayan sözlərdən istifadə edir. Sözü deməmişdən əvvəl sözü  bişirib deyir:

 Şöz şair dilində bişər,

 Söz şairlə şeirləşər.

    Tahir Hüseyn  Haqq yolunda ona doğru  uzanan əlləri  ürəkdən sıxır . Bu yola qədəm qoyan hər bir kəsə  yardımçı olur və bundan qürur hissi keçirir.

     Hikmətli sözlər müəllifi Tahir Hüseyni xoşbəxt yazar adlandıranlar yəqin ki, az deyil. Bu sakit və mülayim insanın nə qədər böyük  ürəyə malik olduğu, ərsəyə gətirdiyi  sözlərdən də məlumdur. Bildiyimiz kimi insan böyüdükcə onda  dünya malına, var-dövlət yığmağa hərisliyi artır, gördüyü  hər bir  nemətə  nəfs, tamah  salır.  Və sonda  dünya malına hərislik yaranır. İstəyir ki, həddən çox varlı olsun, insanlardan üstün olsun. Bu hisslər onu  insanlıqdan uzaqlaşdırır. Bütün bunları qəlbdən təmizləmək üçün  insan Hidayət yoluna üz tutmalı nəfsinə qalib gələrək doğru yolla getməlidir. Tahir Hüseyndə isə dünya malına meyilik yox dur. Ona görə də insanlara doğru yolla getməyi tövsiyə edir:

   Nəfsimizi  özümüzə  qul eliyək,

  Doğru yolu özümüzə yol eliyək.

 Kitabda hikmətli sğzlərə geniş yer ayrılıb.  Hikmətli söz  yazmaq  -az sözlə böyük məna ifadə etməyi tələb edir.  Tahir Hüseyn  məna daşımayan  sözlərdən kənardır və belə sözləri  xeyirsiz hesab edir.

   Tahir Hüseyn  ərsəyə gətirdiyi əsərlərində  ən ülvi əxlaqi keyfiyyətləri qabarda bilir və bunu bacarır.

*Əməllərimiz özümüzə qayıdacaq,

  Əməllərimiz üzümüzə duracaq.

 *Hər işdə bir xeyir var,

  Arif olanlar duyar.

 *Pul olarsa  dəyər, meyar,

  İnsan pula qul olar.

 *Yaxşı sözlər zəmi kimi biçiləcəkdir,

   Pis sözlər zəhər kimi içiləcəkdir.

 *Yaradılana baxıb fikirləşməliyik:

  Yaradılana baxıb Yaradana şükr etməliyik.

     Tahir Hüseynin hikmətli sözlərinin ölçüsü yoxdur.  Onu yalnız həmin sözlərin ölçüsü ilə ölçmək olar. Çünki  bu hikmətli sözlər dərin mənalıdır, ona görə də  bu sözlərə göründüyündən çox  əhəmiyyətli  mənaya malik  fikirlər kimi baxmaq  lazımdır:

 Hikmət sahibinindir hikmətli sözlər,

 Hikmətli sözlər mərifət sahibini  gözlər.

      Kitabda şaiirin  hikmətli sözləri ilə yanaşı qoşmalarına, qəzəl və bayatılarına, sərbəst şeirlərinə , həmçinin şairə həsr olunan şeirlərə və ünvanlı şeirlərə də  geniş yer ayrılıb.

   Vətənpərvərlik şeirlərindən :-“Bir kəndim var-1”,”Bir kəndim var-2”,”Unutma ötən günləri -1”, “Unutma ötən günləri -2”, “Demə”,”Təklənmişik”,”Deyilmi”, “Öz  yurduna  dönmək  üçün  “, “Xatirlatma” və sair  şeirləri bu qəbildəndir.

      2020-ci il sentyabr ayının 27-də başlanan vətən müharibəsi haqqında da Tahir Hüseyn sanballı əsərlər  ərsəyə gətirmişdir.Torpaqlarımızı azad edən  qəhrəman şəhidlrimiz haqqında ,onların rəşadəti,  keçdiyi döyüş yollarına aid  əsərlər yarada bilmişdir.

    44 gün davam edən vətən müharibəsində xalqımızın  dəmir ymuruq kimi birləşərək Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə şanlı ordumuz  mənfur düşmənə sarsıdıxcı zərbələr endirdi. İgidlərimiz torpaqlarımızı  qarış-qarış, addım-addım azad edərək Azərbaycnın ay ulduzlu üçrəngli  bayrağını   zirvələrdə dalğalandırdı. Bu tarixi hadisə  hər birimizin sevincinə səbəb oldu.

 Qarış-qarış, kənd-kənd

Torpağımızı

Düşməndən aldı ordumuz.

Azad olan kəndlərdə, şəhərlərdə

Ucaltdılar bayrağımızı.

Şəhidlərin, igidlərin syəsində

Azad oldu yurdumuz.

 

İlk azad olan kənd Qərvənd,

İlk azad olan şəhər Cəbrayıl.

Qələbə bundan başladı,

Zəfər xəbəri burdan yayıldı.                                                                                                                                                                                            

      Digər həmvətənlərimiz kimi Tahir Hüseyn də  səbrsizliklə  ata-baba yurdlarımıza  qayıdışı gözləyirdi.  Otuz ilə yaxın idi ki, mənfur düşmənlər kəndlərimizi, rayonlarımızı talayır, məscidləri sökür, qəbrlərimizi darmadağın etmişdi.  Bütün bunlara son qoyulmalı idi və elə son da qoyuldu.  44  gün davam edən müharibə zamanı  Azərbaycanın rəşadətli  əsgər və zabitlərinin qəhrəmanlıq  səlnamələrini gördük. Şəhidlərimiz,qazilərimiz oldu. Allah şəhidlərimizə  rəhmət eləsin, qazilərimizə  şəfa versin. Tahir  Hüseyn vətənpərvər şairdir.  Vətənimizi, onun  dağlarını, çaylarını, düzlərini, insanlarını sevir.  

    Beyləqan  rayonunundan vətən müharibsində 139  igidimiz şəhidlik zirvəsinə ucalıb. Bu şəhidlər haqqında kitab yazmağa  Hahir Hüseyn, Vidadi Hidayətlə (Allah rəhmət eləsin)  birgə gedərdik. Hər dəfə də Tahir Hüseyn şəhid ailələrinin üzvləri ilə görüşəndə  onların dərdlərinə  şərik çıxar,onları  narahat edən məsəllərin aradan qldırılmasına çalışır. Şəhid ailələrini ziyarət edərkən hər dəfə ondan bu sözləri eşidərdik:

-Müharibəni qələbə ilə başa vurmaq üçün  beş şərt vacibdir. Allahın istəyi, ağsaqqalların diləyi, rəhbərin  ürəyi, cavanların biləyi, xalqın birliyi-köməyi lazımdır. Bütün bunlar  dəmir yumuruq kimi birləşərək mənfur erməni işğalçılarının  başını əzdi. Bayrağımız azad olunan torpaqlarımızda  dalğalanır.10 dekabr 2020-ci il tarixdə zəfər bayramını qeyd etdik, AZƏRBAYCAN.

 Düşmən qurudub bulağımızı

Kəhrizimizi

Düşmən dağıdıb məscidimizi,

Məktəbimizi, qəbrimizi.

Düşmən uçurdub  abidəmizi,

Düşmən bilməyirdi qəzəbimizi

Qüvvəmizi.

Allahın istəyi

Ağsaqqalların diləyi

Rəhbərin ürəyi,

Cavanların biləyi

Xalqın birliyi, köməyi

Bir yumuruq oldu düşmənin

Başına vurdu.

Azad oldu

 Qarabağımız,

Vətənimiz  bütövləşdi,

Dalğalandı bayrağımız.

Xalqımız kamilləşdi.

    Şeiri izah etməyə adamın dili gəlmir. Səlis, aydın, sadə insandan tutmuş ailmə qədər  bir dəfə oxumaqla  şeiri qavrayır və yaddaşına yığır. Bax budur Tahir Hüseyn  sözünün sirri.

Vətənpərvər şair qardaşım  türkçülüyü ilə də fəxr edir. XXI əsri Tür əsri olduğunu fəxarətlə söyləyir. Türk oğlu olmağı ilə qürur duyr.“Türkün ucalan vaxtıdır “ şeirində deyir:

 Türkün oyanışı, dirçəlişidir.

Türkün dünyada  yüksəlişidir.

 Və ya ,

Türk heç vaxt Tanrısız olmayıb,

Türk heç zaman zəfərsiz qalmayıb.

    Gözəl söz, gözəl əsər deməkdir.Yeni söz  fikir deməkdir.Ədəbiyyatımıza yeni söz, yeni fikir gətirmək isə şairdən böyük məsuliyyət tələb edir.  Bunun üçünsə  çox çalışmaq, uzun müddət axtarışda olmaq lazımdır. Tahir Hüseyn də daima öz üzərində işləyir, daima axtarışda olan şairlərimizdəndir. Elə bunun üçün də oxucular tərəfindən sevilir və əsərləri rəğbətlə qarşılanır. Bu isə hər şairə nəsib olmayır. Oxucu sevgisi qazanmaq şairin ən böyük uğurudur.

     “Hikmət dünyası” kitabı ilə  növbəti dəfə oxucuların görüşünə gələn şair qardaşıma  uğurlar arzulayıram. Yolun açıq olsun qardaş. İnanıram ki, bu kitabın da  əvvəlki kitabların kimi  oxucular tərəfindən  sevilə-sevilə oxunulacaq və sənə  uğur gətirəcək, inşəallah.

Elman İsrafiloğlu,

AYB,AJB-nin üzvü, “Sözlü sehrli dünya”  ədəbi məclisinin sədri.

 

                     

                            ***

   Bağışlayan və rəhm edən Allahın adı ilə

 

  H İ K M Ə T L İ   S Ö Z L Ə R

 *Bağışlamaq Allahdandır,

  Bəndənin bağışlaması Allaha görə olmalıdır.

 *Yığdıqlarımız mal, paralar ya övlada, ya arvada qalar, ya da yada.

 *Zahirə uyanlar batindən  xəbərsiz qalar.

 *Dərdi sevməyən, dərdi çəkə bilməz.

  Tərəzidə dərd səbrdən artıq gəlməz.

 *Hər kəs özünü haqlı bilər,

  Haqlını haqq özü bilər.

 *Kafir dünyada firəvandır,

  Möminə cənnət ənamdır.

 *Sadə libas geyən var, içindəki insandır,

  Bahalı libas geyən var, içindəki şeytandır.

 *Kimi dərd içində yaşayar,

  Kimi dərdi içində yaşayır.

 *Daddı dünya  tamından, dünyanı tanımadı,

  Yüz il yaşadı  Yaradanı tanımadı.

 *Nəfsimizi  özümüzə  qul eliyək,

  Doğru yolu özümüzə yol eliyək.

 *Torpaq üstündə gəzənlərin deyil,

   Torpağın üstündə gəzənlər  torpağındır.

 *”Quran” anlayanlar üçündür,

    Nəfsini danlayanlar  üçündür.

 *Mal-dövlət lovğalanmaq üçün verilmir,

  Mal dövlət sahibin tanımaq üçün verilir.

 *İnsan özünü tam tanımır,

   Ulduzlarda  təcrübə aparır.

 *Elmlə qurtarmaq olar  cəhalətdən,

  Fəzilətlə qurtarmaq olar rəzalətdən.

  *Qalmışam yerlə-göy arasında,

   Nə yerə əlim çatır, nə göyə əlim çatır.

 *Hər işin təfriti də, ifratı da bəladır,

  Kim orta yolu tutsa əladır.

 *Qəlb Allahı düşünən, şükr edilən yerdir,

  Qəlb Allah daim zikr edilən yerdir.

 *Oruc tutan axşamlar yemək yeyir,

  Oruc tutmaq, çox zaman ac yatanları düşünməkdir.

 *Hər bir insan düşüncələrinin mövcud olan  formasıdır.

 *Nəfsin əmrində olan,

  Nəfsinə əmr edənlə eyni ola bilməz.

 *Ayaq üstə gəzən ölülər,

  Torpaq altda  yatan ölülərdən çoxdur.

 *Ədalətli qanunlar işləməyəndə,

  İnsan və insan cəmiyyəti , insanlıq dəyərsizləşir.

 *“Quran” gəlməmişdən əvvəl də cahillik?

  “Quran”əllərdə, evlərdə yenə də cahillik?

   Çünki, “Quran”ı dildən qəlblərə endirmirik.

 *Fiziki bədənlərinin xəstəliklərini müalicə edənlər,

  Nəfsi bədənindən də xəstəliklərini  müalicə etməlidirlər.

  Birinci  sağalmasa  maddi aləm bərbad olar.

  İkinci sadalamasa mənəvi, ruhani aləm bərbad olar. 

 *Nəfsin paklaşdırmayan insanın insanlıqdan nəsibi olmaz.

*Dinin var olması nəfsi paklaşdırmaq üçündür.

 *Əxlaq həm kişini, həm də qadını ucaldar.

 *Dünyanı zəbt edənlər  özləri il bir ovuc torpaq aparmadılar,

  Dünyanı zəbt edənləri torpaq apardı.

 *İnsanın ən böyük  düşməni nəfsidir.

 *Səmimi olmayan əməllər müəmmalıdır.

 *Oğul var ev üçündür,

  Oğul var el üçündür.

 *Elin sevəni el də sevər,

  Eli sevən, eli üçün canında verər.

 *Pisliklər çox tez yayılar,

  Yaxşı əməlləri də yaymaq lazımdır.

 *Övlad var ata yurdun abad edər,

  Övlad var ata yurdun bərbad edər.

 *Bu dünya gözəllikləri kimi  məqsədə  çatdırar, kimi məşəqqətə aparar.

 *Nəfsində həsəd silinməyincə,

  Didəcək səni gizlincə.

 *Nəfsindən silməsən kini,

  Heç zaman qazanmayacaqsan  sevgini.

 *Səfərə çıxarkən özünlə yol daşı yox, yoldaşı seçmək lazımdır.

 *Oğul var ata yurduna yurd kimi baxar,

  Oğul da var ata yurduna  qurd kimi baxar.

 *Bizə verilib, alınanları  sevirik,

  Bizimlə dost olanı sevmirik.

 *Saleh insanlar ilahi nemətdir,

  Onların dedikləri ilahi hikmətdir.

 *Zikir qəlbə enməsə, təsbihə  çevrilməz,

  Təsbihə çevrilməsə, haqqa yüksəlməz.

 *Simicin əli açılmaz,

  Paxılın qəlbi açılmaz.

 *İstər peyğəmbər  oğlu olsun, istər peyğəmbər nəvəsi,

  Nəfsi paklaşmayıbsa pisliyə var həvəsi.

(Davamı var.)