Layihənin icrası uğurla davam edir

09:30 27-09-2022 272

   “Şəfa”Psixoloji Sosial Yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibədən əziyyət çəkən uşaqlara sosial-psixoloji dəstəyin göstərilməsi”  adlı layihəsinin davamı olaraq 26 sentyabr 2022-ci il tarixində Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan sektorunun nümayəndələri, məktəb praktik psixoloqları,uşaq birlikləri və valideyinlərin iştirakı ilə “Uşaqlarda ünsiyyət səriştəsi formalaşdırmaq” mövzusunda maarifləndirici seminar keçirildi. Və, sonda seminar iştirakçılarından xahiş olundu ki,fəaliyyət göstərdikləri ərazidə müharibədən əziyyət çəkən ailələrdən olan uşaqların qeydiyyata alınmasında və layihə bitdikdən sonra belə sosial - psixoloji dəstək göstərilməsində layihə heyətinə dəstək olsunlar.