Şəhidlərin xatirəsinə futbol yarışı keçirildi

13 oktyabr 2022-ci il tarixdə Beyləqan rayonunun Aşağı Çəmənli kəndində şəhidlərimizin xatirəsinə həsr olunmuş futbol yarışının final görüşü keçirildi. Yarışlarda şəhid ailələrinin üzvləri, yaxınları, Aşağı Çəmənli kənd üzrə Ərazi İcra nümayəndəsi Ələddin müəllim,Beyləqan rayon Gənclər İdman İdarəsinin rəis müavini Bakir Həsənov,AYB,AJB-nın üzvü, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu,Beyləqan rayon Gənclər Mərkəzinin Əməkdaşı Elxan müəllim,kənd sakinləri iştirak etmişlər.
Çıxış edən natiqlər 44 gün davam edən Vətən müharibəsi zamanı döyüşlərdə şanlı ordumuzun gücündən,rəşadətindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevin rəhbərliyi ilə düşmənə qalib gəlməsindən söz açdılar və torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına həlak olan şəhidlərimizə Allahdan rəhmət dilədilər. Bildirdilər ki, neçə ki, Azərbaycan var şəhidlərimiz daima anılacaq.Onların xatirələrinə müxtəlif tədbirlər,turnirlər, yarışlar keçiriləcək,şəhidlərimiz həmişə yad olunacaqdır.
Final görüşündə Aşağı Çəmənli və Qaradağlı kənd futbolçuları qarşılaşdı. Gərgin və mübarizə şəraitində keçən yarışın qalibi Aşağı Çəmənli komandası oldu. Qalib komandalara Beyləqan rayon Gənclər İdman İdarəsinin diplomları və kuboklar təqdim olundu. Birinci yerin qalibi Aşağı Çəmənli komandasının kapitanı kuboku şəhidimizin balasına təqdim etdi və xatirə şəkilləri çəkdirildi.