12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür

20:06 12-12-2022 303

   08 dekabr 2022-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində  ümummilli lider Heydər Əliyevin anım  günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin işçiləri, Beyləqan rayon Tarixdiyarşünaslıq  muzeynin işçiləri, Beyləqan rayon Mədəniyyət  evinin işçiləri, rayonun Niyazi adına  musiqi məktəbinin  işçiləri, şair və yazıçılar,Beyləqan şəhərində fəaliyyət göstərən təhsil ocaqlarının müəllim və şagirdləri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları  ulu öndər Hedər Əliyevin  abidəsi  önünə qərənfil dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.Sonra tədbir yuxarıda adı çəkilən məkanda davam etdirildi.

      Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

      Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Beyləqan rayon Tarixdiyarşünaslıq muzeynin direktoru Mehriban İsgəndərova, Prezident təqaüdçüsü, AYB,AJB üzvü, Azərbaycan Türk Xalqları İctimai Birliyinin Beyləqan rayon təşkilatının regional sədri Elman İsrafiloğlu və başqaları çıxış edərək Azərbaycan  dövlətinin  çiçəklənməsində, qüdrətlənməsində  ulu öndər Heydər Əliyevin mislsiz xidmətlərindən bəhs etdilər.

     Ulu Öndər Heydər Əliyevin   layiqli davamçısı  Silahlı Qüvvlərin Ali Baş Komandanı Prezident cənab  İlham Əliyevin  rəhbərliyi ilə 44 gün davam edən və qələbəmizlə başa çatan Vətən müharibəsində xalqın öz Rəhbərinə sadiq qaldığından danışdılar. Natiqlər  qeyd etdilər ki, Beyləqanlılar həmişə olduğu kimi  Prezidentimizin daxili və xarici siyasətini dəstəkləyir və daima  Prezidentimizin yanındadır.Şair E.İsrafiloğlu xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr etdiyi “Tanrı xilaskar  yetirdi ölkəmə”  şerini oxudu.  Sonra ümummilli lider Heydər Əliyevə həsr olunan film nümayiş etdirildı.