Artıq, ermənilərin yalanlardan ibarət olan gülünc təbliğat metodları ifşa olunmaqdadır

09:28 21-12-2022 449

      Sirr deyil ki, Azərbaycanın söz sahibi kimi istər regionda, istərsə də, qlobal miqyasda nüfuzunun yüksəlməsi, eyni zamanda, həyata keçirdiyi siyasət son illərdə Ermənistanın beynəlxalq miqyasda ifşasını sürətləndirib. İndi, bu ölkə və onun diaspor təşkilatları "məzlum erməni xalqı” pərdəsinə bürünərək əvvəlkitək beynəlxalq ictimaiyyəti aldada bilmir. Artıq, dünya artıq erməni yalanlarına inanmır və beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin əsl həqiqətləri söyləməsi prosesi sürətlənib. Tədricən dünya birliyinin Ermənistanı işğalçı kimi qəbul etməsi ildən-ilə daha geniş miqyas alır. Ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı kimi tanımaqla yanaşı, onun nəticələrinin aradan qaldırılmasını əsas tələblərdən biri kimi irəli sürürlər. Bu gün, Ermənistan rəhbərliyinin yalanları ifşa olunmaqdadır. Ermənistan və ermənilik milli ideologiyasına xidmət edənlər 200 ildir ki, olmazın yalanlar danışırlar. Havadarları və himayədarlarına arxayın olaraq cəfəngiyat danışmaqdan yorulmayan ermənilər başa düşmürlər ki, artıq, dövr başqadır. İndi, informasiya cəmiyyəti dövründə, elmi – texniki tərəqqinin pik həddə çatdığı bir vaxtda yalan və çirkab dolu informasiya siyasətinə düzəlişlər etmək lazımdır. Azərbaycana qarşı apardıqları çirkin kampaniyalardan biri də, guya hərbçilərimizin ermənilərə qarşı ikinci soyqırımı törətdikləri, Qarabağda dinc erməni əhalisini bombardman etmələri ilə bağlı idi. Heç bir fakta söykənməyən bu məlumatları yayaraq, Ermənistan döyüşlərdəki məğlubiyyətini kompensasiya etmək, Azərbaycana qarşı beynəlxalq koalisiyanın formalaşmasına cəhd edirdi, lakin kosmik əsrdə yaşadığımız bir dövrdə dünyanın aparıcı dövlətləri Cənubi Qafqazda əsl aqressorun və terrorçunun kim olmasını çox yaxşı bilir. Bu arada, biz növbəti dəfə dünyanın ayrı-ayrı ölkələrinin dördüncü hakimiyyətlərinin nümayəndələrinin Ermənistanı ifşa etmələrinin şahidi olmaqdayıq. Sevindirici haldır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, məkrli erməni siyasətinin əsl üzünün açılması yönündə addımlar atmaq, böyük işlər görmək Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti, cənab İlham Əliyevin də fəaliyyətində prioritet istiqamətlərdəndir. Azərbaycan inkişaf etdikcə, dünyadakı mövqeləri daha da möhkəmlənir, Azərbaycan öz həqiqətlərini daha inamlı qoruya bilir və qəbul etdirir. Tam səmimiyyətimlə deyə bilərəm ki, bu gün, artıq, Azərbaycanın apardığı ideoloji iş erməni təbliğatını üstələyir. Baş verənlər barədə əsl həqiqətlərə önəm verməyə başlayan müxtəlif ölkələrin parlamentlərinin, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar da Ermənistanın təcavüzkar siyasətinin ifşasına yol açıb. Xüsusən, Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən qətnamələr həm də, dünya erməniliyinə və yalançı erməni təbliğatına güclü zərbə vurub. Görünən odur ki, ölkə Prezidenti, cənab İlham Əliyevin başlatdığı hücum diplomatiyası nəticəsində, artıq, dünyadakı erməni mifi dağılmağa başlayıb və saxta erməni təbliğatı iflasa uğrayır. Uğurla davam edən bu tendensiya qondarma erməni soyqırımını təbliğ edən ermənilərin niyyətlərini, planlarını da alt-üst edib. İndiyədək danışıqlar prosesinin bütün mərhələləri də, yalnız Azərbaycanın diplomatik uğurları ilə müşayiət olunub. Əslində, Ermənistanın danışıqlar prosesini iflic halına salması da, Azərbaycanın təzyiqi ilə dalana dirənməsidir və özünü ifşa etməsidir. Ölkə Prezidenti, cənab İlham Əliyev hər bir beynəlxalq tədbir çərçivəsində Ermənistanın əsl mahiyyətini faktlarla ifşa edir, bu ölkənin terrorizmi dəstəklədiyini, terrorçuları isə, qəhrəmanlaşdırdığını faktlarla sübuta yetirir...

    Sabit Mehdiyev,

   Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.