Yaşıl enerji ilə bağlı potensial çox böyükdür

14:42 27-01-2023 250

    Bildiyimiz kimi, Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bunun digər əsaslı səbəbləri də var. Ölkə Prezidenti, cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”. Həm də, qeyd edək ki, bizdə elektrik enerjisi, yalnız ekoloji cəhətdən təmiz mənbələrdən - təbii qaz, su, günəş və küləkdən istehsal edilir. Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və gələcəkdə digər bazarlara da çıxacaq. Bu baxımdan hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.

     Artıq, “Yaşıl enerji” Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilir. “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür. Bunun üçün Laçın–Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan–Cəbrayıl bölgələrində isə, günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qa­rabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Bütövlükdə isə, yaxın gələcəkdə Azərbaycan “yaşıl enerji” məkanına çevriləcək.

     Məlumdur ki, XXI əsr bütün dünyada “Ekologiya, sabit inkişaf və sağlamlıq” əsri elan edilmişdir. Keçən əsrin ikinci yarısından elmi-texniki tərəqqinin sürətli inkişafı, “Təbiətə qalib gələk” şüarının tətbiqi nəticəsində ətraf mühitdə təbii tarazlıq pozulmuşdur. İnsanları planetdə baş verən və gələcəkdə də gözlənilən bir çox problemlərlə yanaşı, ənənəvi üsullarla elektrik enerjisi istehsalının törətdiyi ekoloji təhlükə də ciddi narahat edir. Bu gün insan həyatını, dünya sivilizasiyasını elektrik enerji olmadan təsəvvür etmək qeyri-mümkündür. Təbii enerji ehtiyatlarının azalması, onların əldə olunması prosesində ətraf mühitə dəyən zərər və s. kimi amillər alternativ enerji mənbələrinin axtarılması zərurətini meyda­na çıxarır. Alternativ enerji mənbələrindən istifadə ekoloji cəhətdən daha səmərəli olduğundan onların mənbələrinin araşdı­rılması, istifadə edilmə yolları, təbiətin qo­runmasına müsbət təsirlər və s. məsələlər hazırkı dövrdə olduqca aktuallaşmışdır. Bu gün, dünyanın ən qabaqcıl texno­logiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji taraz­lığın təmin edilməsinə yönəl                                                                                                                                    

Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.