GÖRÜŞ KEÇİRİLMİŞDİR

15:51 03-02-2023 337

     01.01.2023 cü il tarixdə Füzuli Tarix-diyarşünaslıq Muzeyində Azərbaycan Qarabağ Müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Füzuli rayon filialının sədri və digər üzvləri ilə görüş keçirilmişdir.
      Görüş zamanı Füzuli Tarix-diyarşünaslıq Muzeyinin fəaliyyətinin, canlandırılması, genişləndirilməsi istiqamətində qeyri-hökümət təşkilatları ilə əməkdaşlıqların qurulması mövzusunda müzakirələr aparılmışdır.
  Tədbirdə, Muzeyin direktoru , Muzeyin Şöbə müdiri, Azərbaycan QMƏVŞAİB- nin sədri və digər üzvləri çıxış edərək bildirdilər ki, tarixi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində, o cümlədən Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz, ümumilikdə  vətən müharibəsi iştirakçıları haqqında geniş və ətraflı məlumatların toplanması, qorunması, nümayişi və təbliğində muzeylərin rolu əvəzsizdir. Bu baxımdan İctimai Birliyin sədri Sevindik İsmayılov Muzeyin kollektivini fəxri fərmanla təltif edərək, əməkdaşların səmərəli fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğuladı.
    Daha sonra qonaqlar Muzeyin ekspozisiyası ilə yaxından tanış olaraq Muzeyin xatirə kitabına öz dəyərli fikirlərini qeyd etdilər.

Daşqın Güneyli