Əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var

15:01 08-02-2023 270

      Bildiyimiz kimi, Azərbaycan ilə Rumıniya arasında 30 il ərzində yüksək səviyyədə diplomatik, siyasi münasibətlər qurulub və uzunmüddətli sıx əməkdaşlıq, fəal siyasi dialoq mövcuddur. Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləməsi etibarlı münasibətlərin əsasını qoyub. Həmçinin, hər iki dövlət arasında baş tutan mühüm regional layihələrin müzakirəsi, əməkdaşlığın yeni səhifələrinin təkrar nəzərdən keçirilməsi üçün əlverişli imkan yaradır. Azərbaycan ilə Rumıniya arasında ticari-iqtisadi əlaqələrdən danışsaq, əminliklə deyə bilərik ki, buradakı dinamika artan xətt üzrə gedir və bu, çox sevindirici haldır. İki dəfədən çox artan ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Ümumiyyətlə, dünyada enerji sahəsində əməkdaşlığın aktuallığı Rumıniya ilə Azərbaycanı qaz ixracı məsələsində də fəal şəkildə bir araya gətirir. Azərbaycan bu ilin yanvar ayından etibarən, Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Rumıniya Azərbaycan qazının Avropa məkanında yeni ünvanıdır, Azərbaycan qazı Rumıniyanın imkanları ilə digər Avropa ölkələrinə nəql ediləcək və bu, Rumıniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi olacaq. Avropanın Cənubi Qafqaz ölkəsi kimi Azərbaycana bəslədiyi xüsusi münasibət onunla bağlıdır ki, Azərbaycan Avropa İttifaqı üçün yenidən etibarlı enerji tərəfdaşına çevrildi. Avropa məkanına qaz ixracatı sürətlə artır, ölkəmiz enerji təhlükəsizliyinə davamlı şəkildə böyük töhfələr verir. Azərbaycan ilə Rumıniyanın iqtisadi əməkdaşlığında neft və qaz kifayətedici deyildir. Rumıniya yaşıl enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı, yaşıl enerji sahələrində əməkdaşlığa maraqlıdır, eyni şəkildə, Azərbaycan da bu sahələr üzrə əməkdaşlığın qurulmasına, genişləndirilməsinə  maraq göstərir. Hər iki ölkə arasında əməkdaşlıqda digər prioritet sahə də nəqliyyat sahəsidir. Bakı ilə Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Beləliklə, Rumıniya-Azərbaycan əlaqələrinin hazırkı mərhələsi deməyə əsas verir ki, əməkdaşlıq həm qaz, həm yaşıl enerji dəhlizləri, həm də, nəqliyyat sahəsində gözəl nəticələrə gətirib çıxaracaq...

    Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.