Güclü siyasi iradəmiz və fəaliyyətimizin uğurlu tarixçəsi var

09:43 10-02-2023 292

      Məlumdur ki, hazırda, xüsusən, Avropanın enerji mənzərəsi özündə acınacaqlı  durumu etiva edir. İstehsalçılar və istehlakçılar Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlara, o cümlədən, başqa amillərə nəzərən əsas hədəflərini müəyyənləşdiriblər. Məqsəd təchizatın şaxələndirilməsi, enerji ilə zəngin regionlara çıxışın və resursların qlobal bazarlara təhlükəsiz ixracının təmin edilməsidir. Avropa İttifaqına üzv olan dövlətlər etibarlı enerji təchizatına nail olmağın ən üstün variantları üzərində planlar qurmaq məcburiyyəti qarşısında qalıblar. Bu xüsusda Azərbaycanın alternativ enerji mənbəyi kimi çıxış etməsi Avropa tərəfindən yüksək qiymətləndirilir. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra, Azərbaycan beynəlxalq bazarlara, o cümlədən, Avropa bazarlarına ixracı artırıb, Türkiyəyə, İtaliyaya, Gürcüstana, Yunanıstana və Bolqarıstana əvvəlkindən xeyli çox təbii yanacaq ixrac olunub. Qazın paylanması ilə əlaqədar yaxşı uğurlarımız var. Biz yaşıl enerji ilə bağlı saziş imzalamışıq, həmçinin təbii qaz, eləcə də, bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməliyik. Bu gün bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də, Cənub Qaz Dəhlizi-hamısı uğurlu olmuşdur. Dəhlizi layihəsinin tamamlanmasından sonra, ölkəmiz Avropa bazarlarına ixracı artıra bilib. Təbii ki, dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq.

    Beləliklə də, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq...

   Müşfiq Səfərov,

  Yeni Azərbaycan Partiyası

 Beyləqan rayon təşkilatının sədri.