Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatı

23:12 20-02-2023 276

       20 fevral 2023-cü il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində  Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş  yubiley tədbiri keçirildi. Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi, abidə önünə gül  dəstələri qoyuldu. Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, Yeni Azərbaycan Partiyasının Ərazi Partiya Təşkilat sədrləri, Yeni Azərbaycan Partiyasının üzvü olan fəal gənclər və rayonun aktiv ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov açaraq, ilk öncə Yeni Azərbaycan Partiyasının yarandığı  gündən, sonra isə, rayon təşkilatının yarandığı tarix barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.  Yubiley tədbirində rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, şəhər 1 saylı Ərazi Partiya Təşkilatınım sədri Mehman Əliyev, Mərkəzi Rayon Xəstəxanası Ərazi Partiya Təşkilatınım sədri Bayram Muradov, Yeni Azərbaycan Partiyasının veteran üzvləri Həsən Mustafayev və Şakir Abbasov Partiyanın keçdiyi şərəfli yol haqqında ətraflı çıxışlar etdilər.

         Yubiley tədbirində bir  qrup gənc Yeni Azərbaycan Partiyası üzvünə yeni Partiya              vəsiqələri,  bir  qrup Yeni Azərbaycan Partiyası   fəalına Partiyanın  ideoloji işində göstərdiyi fəallığa görə Təşəkkürnamə,  bir qrup veteran Partiya üzvünə və Ərazi Partiya Təşkilat  sədrinə Fəxri Fərman  təqdim edildi.