Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası

20:28 24-02-2023 276

      Məlum olduğu kimi, “Xocalıya ədalət” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb. Kampaniyanın əsas məqsədi, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Dünyanın əksər ölkəsində müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar Xocalı soyqırımın haqq səsinə səs veriblər. Əlbəttə ki, biz bu gün nə eləsək də, Xocalıda həlak olmuş günahsız insanların həyatlarını qaytara bilmərik. Bu illər ərzində “Xocalıya ədalət“ kampaniyası çərçivəsində çox böyük işlər görülüb və nəticələr əldə edilib. Bu istiqamətdə müntəzəm olaraq kitablar yazılır, sənədli filmlər çəkilir. Bir çox ölkədə hər il Xocalı soyqırımı ilə bağlı konfranslar, seminarlar və sərgilər keçirilib. Bu gün “Xocalıya ədalət” kampaniyasının çağırışları BMT, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Konfransı Təşkilatının tribunalarından səslənir və bu çağırış cavabsız qalmayıb. Sözügedən kampaniyanın fəaliyyəti nəticəsində əksər ölkənin parlamenti və ABŞ-ın bir çox ştatı Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyıb, soyqırımı ilə bağlı qətnamə qəbul ediblər. 

      Bu gün, “Xocalıya ədalət” kampaniyasının fəaliyyətinin yeni mərhələsi başlayır. Biz, əldə olunmuş nəticələrlə kifayətlənmək istəmirik. Qarşıda görəcəyimiz işlər, layihələr və aksiyalar çoxdur. İnanıram ki, ildən-ilə dünyanın daha çox ölkəsi Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyacaq. Tezliklə dünya ictimiayyəti bu faciəyə hüquqi qiymət verəcək...

 Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.