6 yaşlılar arasında Şahmatçılarımızın uğurları

10:29 25-02-2023 67

    14-21  dekabr 2022-ci il tarixdə “Təhsil” Respublika İdman  Mərkəzində  şahmat idman növü üzrə Respublika birinciliyi keçirilmişdir.  6 yaşadək  qızlar arasında Gəraylı Leyla  Yusif qızı  bütün rəqiblərinə qalib gələrək  “Təhsil” Respublika İdman  Mərkəzinin diplom və medalına layiq görülmüşdür. O,13-23 aprel  2023-cü il tarixdə  Yunanıstand keçiriləcək dünya birinciliyinə vəsiqə qazanmışdır.

    Bu yaş qrupunda oğlanlar arasında  keçirilən yarışda isə  Abbasov Elmir  Əbülfəz oğlu ikinci yer tutaraq diplom və medala layiq görülmüş və Avropa çempionatında iştirak etmək  hüququ qazanmışdır.  Hər iki  şahmatçımızın   müəllimi Beyləqan rayon  Uşaq Gənclər İdman Şahmat Məktəbinin  müəllimi İlkin Əhmədovdur. İlkin müəllim   Leyla və Elmirdən dünya və Avropa birinciliyindən  yüksək nəticə gözlədiyini vurğulayır. Hər iki şahmatçımıza uğurlar arzulayırıq.

    24 fevral 2023-cü il tarixdə ATİAHİ Beyləqan rayon Komitəsinin sədri Tahir Həsənov Beyləqan rayon  Uşaq Gənclər İdman Şahmat Məktəbində olmuş qalibləri təbrik etmiş, onları mükafatlandırmışdır.