AXI, BU DÜNYANIN NƏYİ GÖZƏLDİ

18:51 24-03-2023 429

Novruz bayramı ərəfəsində şair dostum Hidayət Ağalarla  Beyləqan rayon Tarixdiyarşünaslıq müzeyində olduq. Hidayət müəllim təzə işiq üzü görmüş  şeirlər kitabini muzeyə təqdim etmək üçün özü ilə götürmüşdü.

    Muzeyin direktoru Mehriban xanım İsgəndərova ilə  görüşdük. Bayram günü olmasına baxmayaraq Mehriban xanımı  muzeydə gördük. Onu və  işçilərini Novruz bayramı münaslbətilə təbrik etdik.Hər dəfə olduğu kimi  söhbət yenə də sözdən, rayon yazarlarının  uğurlarından düşdü.  

       Mehriban xanım bildirdi ki, martın 18-də  elə bu məkanda  AYB, AJB-in üzvü mərhum şair Vaqif Cəfərlinin doğum günü ilə bağlı tədbir  keçirmişik.Tədbirlə bağlı öz fikirlərini söylədi.Vurğuladı ki, Təzəkəndə də  Minarə Bayramova adlı yazar bir xanım yaşayır. Elə bu zaman  Mehriban xanımın həyat yoldaşı, gözəl ziyalı dostum Tofiq Səfərov da gəldi. Tofiq müəllim sözə, söz sənətinə bağlı insandır. O, da  öz fikirlərini bildirdi. Şond Tofiq müəllim və Hidayət müəllimlə birlikdə Minarə xanımın şeirlərinə səyahət etdik. Bir şeirini oxucularımııza  tqdim ediirik.

 

Çoxdu bu dünyaya meydan oxuyan,

Dünyanı dağıdan, onu talayan.

Haqqı, ədaləti kor edir yalan,

Axı, bu dünyanın nəyi gözəldi?

 

Möhtəşəm  saraylar, köhnə daxmalar,

Varlını yoxsulu seçib ayırar.

Kül olub beşikdə  körpə  xəyallar,

Axı, bu dünyanın nəyi gözəldi?

 

Şəri  lənətldik, xeyrə əl atdıq,

Yalanlar içində günaha batdıq.

Bir kərə inandıq, yüz yol  aldandıq,

Axı, bu dünyanın nəyi gözəldi?

 

Zülm ilə əsarət verib baş-başa,

Atıblar zərləri, verib şeş qoşa.

Nadanlar  çoxalıb çıxıbdı başa,

Axı, bu dünyanın nəyi gözəldi?

 

Açılmaz qönçələr  şaxtada, qarda,

Umudlar, arzular qalıb gümanda,

Sevgi unudulub, itib dumanda,

Axı, bu dünyanın nəyi gözəldi?

 

Minarə Bayramova,

 Beyləqan rayonu Təzəkənd tam orta məktəbin dil ədəbiyyat müəllimi.