“Narkomaniya və həyat” adlı maarifləndirici tədbir keçirilib

“Narkotik vasitələrin, psixitrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nın 4.4.32 bəndinin icrası ilə bağlı 30 may 2023-cü il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan Tarix Diyarşünaslıq muzeyində Beyləqn rayon Peşə məktəbinin və muzeyin birgə təşkilatçılığı ilə “Narkomaniya və həyat” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Beyləqan rayon Şəfəq qəsəbəsi Cərcis Peyğəmbər məscidinin axundu, Peşə məktəbinin müəllim və şagirdləri iştirak edib.
Çıxışlarda bildirildi ki, müasir dövrümüzün ağrılı və acnacaqlı bəlalarından biri də narkomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır.