H İ K M Ə T L İ S Ö Z L Ə R

Bağışlayan və rəhm edən Allahın adı ilə
Tahir Hüseyn
H İ K M Ə T L İ S Ö Z L Ə R
*Hər kəsdə ağıl var:
Şeytana tabe olsa bəladır,
Allaha tabe olsa əladır.
*İnsan qəlblə danışanda göz gərəkdir,
Dillə danışanda söz gərəkdir.
*Diləyimi Allahdan istədim:
Versə də Allahımdı, verməsə də Allahımdı.
*Həyatda əsl dostlar var
Onlar Allaha görə dost olarlar.
*Bəlalar balalardan gələrlər.
*Allahdan mənə verilənin şükrün,
Vermədiyinin səbrn yerinə yetirməyə kömək diləyirəm.
*İnsan olmağın müddəti- olumla-ölüm arası,
Kimi yolda qalası-kimi sona varası.
*Bir “Ol”a yarandı dünya,
Bir “Ol”a dolandı dünya.
*Öz-özünlə söhbət etmək, düşünmək,
Başqası ilə qeybət etməkdən üstündüt.
*Özünün qədrin bilməyən,
Başqasın qədrin heç bilməz.
*Söz İlahi nemətidir,
Söz bizə əmanətdir.
*Mömin insan həyalı olar,
Cahil insan riyalı olar.
*İnsan yaranışın unudub,
Bu torpaq çoxların udub.
*Nəfsi təslim etməsək Allaha,
Nəfs sürüklər bizi günaha.
*İnsana lazım olan öyüd Allah göndərən “Quran”da,
İblisə çevriləndə üz, təsir etməz “Quran”da.
*Dünya möminlə zinətlənər,
Dünya kafirlə bidətlənər.
*Hər biləndən bir üstün bilən var,
Bilən özündən üstünü saymasa,
Onun özün də bilən saymazlar.
*Yaxşılıqlarn mənbəyi Yaradandır,
Pisliklərin mənbəyi Haqq yoldan azdırandır.
*Qəlbin gözəlliyi ölüncən,
Qəlibin gözəlliyi oluncan.
*Mələkdən üstünü insana mələk təəccüblənir,
Şeytandan alçaq insana mələk təəsüflənir.
*Ömrün əzəl vaxtı,
Gözəl vaxtı,
Xəzəl vaxtı var.
*Hikmətlə zəngin olanlar azmaz dünyada,
Nemətlə zəngin olanlar doymaz dünyada.
*Yaxşılıqlar ona olunan pisliyi unudanlardır,
Pislər ona olunan yaxşılığı unudanlardır.
*Bir tikə çörək verənə min dəfə baş əyənlər,
Ömrü boyu çörək verən Allaha baş əymədilər.
*Elm insanı zinətləndirər,
Cahillik insanı zillətləndirər.
*”Quran” qəlblərinə enməyənlər,
Doğru yolu diləməyənlər.
*Haqqın nizamı pozulmaz,
Haqqın nizamına tabe olmayanların nizamı pozular.
*Gözələ aşiq olmaq deyil hünər,
Gözəli yaradana aşiq olmaqdı hünər.
*Qəlbin iştirak etmədiyi əməl naqisdir.
*Sağ ikən hörmət qazanmayana,
Öləndən sonra rəhmət oxunmaz.
*İnsan ata-ananı özü seçmir,
Ancaq dostu özü seçir.
Çox vaxt dostlar xasiyyətcə bir-birinə bənzəyir.
*Həyası olmayanın təqvası olmaz,
Təqvası olmayanın nə qəlbinin, nə də qəlibinin libası olmaz.
*Tədbir işlətmək Allahdandır,
Hiylə işlətmək şeytandandır.
*Bəzi adamlar şeirin nəfəsinə yox,
Qəfəsinə diqqət edirlər.
*Ariflər dünyanı duyurlar,
Ariflər dünyaya uymurlar.
*Allahın dostları xalqla Xaliqə görə rəftar edirlər.
*Öz nəfsini danlamayanı,
Öz nəfsini qınamayanı,
El danlayar, el qınayar.
*Dinin zahirin yaşayanlar,
Dini yaşadanlardan daha çoxdurlar və öndə görünürlər.
*Bəzi şairlər yardan o qədər yazdılar ki, ömr keçdi,
Yaradanın yolun azdılar.
*Doğru yolu diləyənin,
Doğru dilədiyini, doğru yolun sahibi bilir.
Və onu doğru yola yönəldir.
*Rəbbin diləyənə, Rəbbi kifayətdir,
Dünyanı diləyənə, dünya ziyafətdir.
*Rəbbinin eşqin insan dünyaya payladı,
Rəbbinə aşiq olmağa eşqi qalmadı.
*İnsanın dəyəri malı-parası ilə ölçülmür,
İnsanın dəyəri İlahi təqvası ilə ölçülür.
*Özündən razı olan insan,
Allahın narazı olduğu insandır.
*Nəfsini islah etməyən insanı
Heç kim islah edə bilməz.
*Zikri sevməyən şükr etməz,
Şükr etməyən nəfsin təzkiyyə etməz.
*İnsan libasına görə yox,
Təqvasına görə dəyərlidir.
*Təvəzökarlıq maymaqlıq deyil,
Təcəvüzkarlıq insanlıq deyil.
*Elm kamil insanın əlində kəramətdir,
Cahil insanın əlində fəlakətdir.
*Qəlbin açarı Salamdır,
Salam Allahdan kəlamdır.
*Tənəzzül edənə şivən qoparma,
Tərəqqi edənə həsəd aparma.
*Kainatı , Yaradanı unudanlar,
Dünya nemətindən doymayanlar.
*Haqqı tanıyanın-qəlbi sevər,
əli verər, üzü gülər.
(davamı var)