Gülxaas Səmədli – poeziya 2023

09:57 20-11-2023 66

SƏN DE, MƏN YAZIM

Gəl otur üz-üzə,  aç tök sinəni,

Bu dərdi möhnətdən sən de, mən yazım.

Sən də dərd əhlisən, mən də dərd əhli,

Dosta sədaqətdən sən de, mən yazım.

 

Ürəkdən sevilmək xoşdur insana,

Odlu baxışların işləsin qana.

Dönüm pərvanəyə, sən də dön şama,

Eşq-məhəbbətdən sən de, mən yazım.

 

Biz fani dünyanın qonaqlarıyıq,

Qədərin, qismətin qonaqlarıyıq.

Bu dönk taleyin qonaqlarıyıq,

Bu əzab-əziyyətdən sən de, mən yazım.

 

Səni mən duymuşam, ay gözəl insan,

Duyğu insanlara verilir tək-tək.

Sevəni sevənə yazmayır fələk,

Haqqa şikayətdən sən de, mən yazım.

 

Taleyi Gülxası saldı odlara,

Qismətin günümü edibdir qara.

Dilbilməz yanında çəkildi  dara,

Əsil həqiqətdən  sən de, mən yazım.

 

 

KİMƏ NƏ DEYİM

Zalım fələk,nə tutmusan yaxamdan,

İmkan ver həyatda bir xoş gün görüm.

Tapıb dərdi, qəmi  salma canıma,

Həyat nemətinin dadından bilim.

 

Qəm kasasın  dolu-dolu içmişm,

Dərdin nə olduğunu görüb bilmişəm.

Vaxt olub ki, həyatımdan bezmişəm,

Acı günlərimi mən necə unudum?!

 

Cəfakeşdən, çox cəfalar çəkmişəm,

Taleyimdən birdəfəlik  küsmüşəm.

Çoxlarına yaxşılıqlar etmişəm,

Qoyma bu dünyada  çox əzab çəkim.

 

Çox bəlalar çəkdim cavan yaşımdan,

Qovğa, kədər  əskik olmur başımdan.

Bəlli olur görkəmimdən, saçımdan,

Əylə karvanını daha mən düşüm.

 

Gülxas Səmədliyəm, qüssə-kədər çək,

Fələk düşmən olub mənə, bilirəm.

Tək Allaha şükür, səna edirəm,

Taleyim beləymiş, kimə nə deyim?

 

AĞARMA SAÇIM, AĞARMA.

Məni salıb dərdə-qəmə,

Ağarma saçım, ağarma.

Qəsd elədim bilə-bilə,

Ağarma saçım, ağarma.

 

Cavanlığımı əldən aldın,

Canıma od, alov saldın.

Nə düşündün, nə də qandın,

Ağarma saçım, ağarma.

 

Zil qara saç getdi hara?

Oxşuyursan bəyaz qara.

Qəsd eylədin, şirin cana,

Ağarma saçım, ağarma.

 

Sevdiklərim baxdıqca gülür,

Könlüm inciyir , küsür.

Əlim gəncliyimdən üzülür,

Ağarma saçım, ağarma.

 

Gülasın  sor  sən halını,

Nəvələr alıb yanını.

Xəzan edib, gül bağını,

Ağarma saçım, ağarma.

 

QALMAZ

Elman İsrafiloğlunun  “Qalmaz ”şeirinə cavab.

Elman İsrafiloğlu:

Tanrım, bir sevgi rəsmin çək,

Gün tökülsün ləçək-ləçək.

Hər bir səhər şehli çiçək,

Yolunar hey, izi qalmaz.

Gülxas Səmədli:

Dinlə qoy deyim sözümü,

Dərdə salmısan özünü.

Sevənin olmaz  dözümü,

Söylə, sən harda qalmısan?

Elman İsrafiloğlu:

Bir sevgi məni səsləyər,

Bir qız yolumu gözləyər.

Bulaqlar şən nəğmə deyər,

Əllərimdə, sözü qalmaz.

Gülxas Səmədli:

Günüm dönüb aya,ilə,

Söylə, sən harda qalmısan?

Gəlsən qışım dönər yaza.

Söylə, sən harda qalmısan?

Elman İsrafiloğlu:

Qaçıram üzü  dözümə,

Zaman sığmayır sözümə,

Vaxtı  yığsam da köksümə,

Koksümə bax, közü qalmaz.

Gülxas Səmədli:

Gözüm yollarda qalıb,

Şirin canım odda yanıb.

Dostun səndən ayrı qalıb,

Söylə, sən harda qalmısan?

Elman İsrafiloğlu:

Dünyanı yığdım sözümə,

Yollar  açıldı  üzümə. 

Baxdım yağışda düzümə,

İzi qalar, özü qalmaz.

Gülxas Səmədli:

Dostun sənin dərdin bilər,

Ağlasan gözlərin silər.

İzin versən səcdə edər,

Söylə, sən harda qalmısan?

Elman İsrafiloğlu:

Qəlbim təbi  göydən alar,

Haqq sözüm göyə  ucalar,

Bir gün  Elman da söz olar,

Bu dünyada   sözü  qalmaz.

Gülxas Səmədli:

Can üstəyəm, dinlə məni,

Gülxas qəlbən sevir səni.

Söylə, sən harda qalmısan?

Gəlsən, yollarda gözü qalmaz.