Sülh naminə danışıqlar

21:29 16-03-2024 168

    Sirr deyil ki, Azərbaycan hər zaman regionda dayanaqlı sülhün təmin olunması üçün davamlı addımlar atır. Azərbaycan bunu danışıqlarda iştirak etməsiylə təsdiq edib. Sülh çağırışı etmək böyük bir siyasi iradə və gələcəyə baxış tələb edir. Bu müddət ərzində sülhlə bağlı çağırışlar Azərbaycan tərəfindən gəlib. Sülh müqaviləsinin hazırlanması təşəbbüsü, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən gəlib. Biz bu təşəbbüslərə hər zaman açıq olmuşuq. Atəşkəsin pozulması və baş verənlərə baxmayaraq, biz sülhlə bağlı sadiqliyimizi həmişə nümayiş etdirdik. Bütün baş verən proseslərə rəğmən, hesab edirik ki, sülh gündəliyini irəli aparmaq lazımdır. Biz bu görüşün keçirilməsinə hazırıq və bununla bağlı təklifimizi bildirimişik.  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün dövlətimizin danışıqlar aparmağa hazır olduğunu bildirmişdir. Təbii ki, söhbət, təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Artıq, müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionudaha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır. 30 il davam edən qanlı münaqişənin yaratmış olduğu fəsadların aradan qaldırılması, sülh və etimadın təşviq olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb. Ölkə Prezidenti, cənab İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik sistemində bütün dövlətlərin, xalq­ların rifahının qorunacağı, inkişafının təmin ediləcəyi və gələcəyi üçün risklərin olmayacağı Ermənistan əhalisinə yaxşı məlumdur. Bu gün, Azərbaycanın mövqeyi qətidir və ən əsası isə, bütün şərtləri rəsmi Bakı diktə edir. Silahlı Qüvvələrin Ali Baş Komandanı danışıqlar masasında da çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam ifadə edir. Hər görüşə ölkə Prezidenti, cənab İlham Əliyev konkret və dəyişməz şərti ilə gedir. Vətən müharibəsindəki zəfəri postmüharibə dövründə diplomatik qələbələrlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair təkliflərini təqdim edib. Ölkə Prezidenti, cənab İlham Əliyev öz siyasi mövqeyi ilə dəfələrlə sübut edib ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır və heç bir maneə onu hədəflərindən çəkindirə bilməz... 

   Sabit Mehdiyev,

    Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.