Yurçeviç: Qara Qarayev oynayacaq vəziyyətdə deyil - VİDEOAÇIQLAMA

17:18 09-10-2019 686

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Bəhreynlə qarşılaşacaqları yoxlama oyunundan əvvəl fikirlərini bildirib.

HerGun.Az AFFA-nın rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, xorvat mütəxəssis bu gün saat 20:30-da start götürəcək qarşılaşma ilə bağlı bunları deyib.

O bildirib ki, bugünkü görüşdə Qara Qarayev də oynamayacaq:

“Uçuşumuz yaxşı keçdi. Gördüyüm qədəriylə, futbolçular özlərini yaxşı hiss edirlər. Son iki rəsmi matçda oynayan beş futbolçu müxtəlif səbəblərdən heyətdə yoxdur. Onlardan üçü cəzalı, Mahir (Emreli) zədəli, Qara (Qarayev) isə bu matçda oynayacaq vəziyyətdə deyil. Ümid edirik ki, növbəti görüşdə onun köməyindən istifadə edə biləcəyik”.