Qazaxda 57 yaşlı kişini elektrik cərəyanı vurdu
18:00 09-10-2019 564
Qazax rayonunda bədbəxt hadisə baş verib.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
Rayon sakini, 1962-ci il təvəllüdlü Şəadət Qədimov çardaqda işləyən zaman onu elektrik cərəyanı vuraraq öldürüb.
Fakt araşdırılır.
Nazir Quliyev