Rusiya yığması 0:61 hesabı ilə məğlub olub

21:27 09-10-2019 618

Yaponiyada keçirilən reqbi üzrə Dünya kubokunda Rusiya yığması Şotlandiyaya 0:61 hesabı ilə məğlub olub.

Bu, turnirdə Rusiyanın dördüncü məğlubiyyəti olub.

İlk turda ev sahiblərinə 10:30 hesabı ilə məğlub olan ruslar, daha sonra Samoaya 9:34, İrlandiyaya 0:35 hesabı ilə uduzublar.

Bununla da Rusiya yığması qrup mərhələsində bir xal belə qazana bilməyərək çıxışlarını bitiriblər.