Türkiyənin Suriya sərhədinə yaxın məktəblərində tətil elan edildi

22:18 09-10-2019 558

Türkiyənin Şanlıurfa şəhərinin Suriya sərhədinə yaxın dörd rayonunda yerləşən məktəblərdə iki günlük tətil elan edilib.

Tətil Şanlıurfanın Akçakale, Ceylanpınar və Suruç rayonlarında yerləşən bütün məktəblərə, Birecik rayonunun isə sərhədə daha yaxın olan təhsil ocaqlarına şamil olunub.

Səbəb məktəblərin Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində başladılan “Barış pınarı” antiterror əməliyyatının aparıldığı bölgəyə yaxın ərazilərdə yerləşməsidir.