Xəzər rayonunda avtomobil yanıb - FOTO/VİDEO

23:18 09-10-2019 591

Bakının Xəzər rayonu ərazisində avtomobil yanıb.

Hadisə aeroport şossesində, Milli Aviasiya Akademiyasının yaxınlığında baş verib. 10-PP-222 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil hərəkətdə olarkən anidən yanmağa başlayıb.

Dərhal əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin briqadası cəlb edilib. Avtomobilin salon və mühərrik hissəsi yanıb. Qalan hissəsi isə yanğınsöndürmə briqadası tərəfindən söndürülüb. Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

 

Kamil Əmirli