Azərbaycanda daha bir qadına qarşı vəhşilik: Ata bağlayıb sürüdülər

11:36 10-10-2019 458

Goranboy rayonunda qonşular arasında dava olub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xanqərvənd kəndində qeydə alınıb. 

Kənd sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Sahilə Məzahir qızının qonşularla arasında yaranan mübahisə davaya çevrilib. Belə ki, qəzəbli qonşular onu döydükdən sonra ata bağlayıb sürüyüb. 

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Goranboy Rayonu Mərkəzi Xəstəxanasından verilən məlumata görə, S.Ələkbərovanın vəziyyəti ağırdır. 

Fakt araşdırılır.