Bakı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Çoxtərəfli Forumuna 600-dən çox qonağın iştirakını gözləyir
14:00 10-10-2019 639
Bu ilin oktyabrın 14-15-də Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində Çoxtərəfli Forum keçiriləcək.
Report xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
O vurğulayıb ki, forumda 600-dən çox şirkət nümayəndələrinin iştirakını gözləyirik:
“Türkiyədən 120, Azərbaycandan 200, Özbəkistandan isə 25 nəfər iştirakını təsdiqləyib”.