Argentina Amerika Kubokunun yarımfinalına çıxıb - VİDEO

02:18 29-06-2019 1062

Rio-de-Janeyronun "Marakana" stadionunda Amerika Kuboku – 2019-un 1/4 final oyununda Argentina və Venesuela yığmaları qarşılaşıb.

HerGun.Az bildirir ki, oyun argentinalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolun müəllifi Milanın “İnter” klubunun hücumçusu Lautaro Martines olub. O, “Mançester Siti”nin forvardı Serxio Aqueronun ötürməsindən sonra 10-cu dəqiqədə hesabı açıb. İkinci qolun müəllifi isə “Betis”in yarımmüdafiəçisi Covani Lo Çelso olub.

Argentina yğmas qələbə qazanmaqla ½ finala çıxıb və burada Braziliya yığması ilə qarşılaşacaq. Venesuela millisi isə turniri tərk edib.

Sabah, iyunun 29-da  yarımfinalın digər cütü bəlli olacaq: Kolumbiya Çili ilə (Bakı vaxtı ilə 03:00-də), Uruqvay isə Peru ilə (Bakı vaxtı ilə 23:00-da) qarşılaşacaq.