Ədəbiyyat üzrə Nobel mükafatı onlara verildi

15:45 10-10-2019 729

Bu gün 2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülənlərin adları açıqlanıb.

Polşalı yazıçı Olqa Tokarçuk 2018-ci il, avstriyalı yazıçı Peter Handke isə  2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi olub.

Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının verilməsi mərasimi ləğv edilmişdi. Çünki mükafatla ilə bağlı olaraq yaranan qalmaqal səbəbindən bir çox jüri üzvü istefa vermişdi.

Sevinc Yasinqızı