Kürün sahilində kütləvi dava düşdü, üç nəfər bıçaqlandı

21:36 10-10-2019 6

Tovuz rayonunda kütləvi dava olub.

Hadisə Kür çayının kənarında baş verib. İlkin məlumatlara görə, insident zamanı 1990-cı il təvəllüdlü Əsgərov Məhəmmədəli Xəqani oğlu və 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu 1985-ci il təvəllüdlü Tağıyev Tariyel Sərdar oğlu tərəfindən bıçaqlanıblar.

Daha sonra sonuncu bıçaqla özünə bir neçə zərbə endirib. Hər üç yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Hadisə yerinə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Tağıyev Tariyel Sərdar oğlunun müxtəlif maddələrlə bir neçə dəfə həbs olunduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.