Zelenski Ukrayna Konstitusiyanı komikslərdə göstərdi - FOTO

06:36 29-06-2019 1074

Ukrayna prezidenti Vladimir Zelenski “Facebook” səhifəsində komikslərdə ölkə konstitusiyasının qaralama versiyasını təqdim edib.

Zelenski bildirib ki, belə bir təşəbbüslə “Əsaslar” nəşriyyat evi çıxış edib.

Ölkə prezidentinin sözlərinə əsasən, komikslərdə verilmiş Konstitusiya 4-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Şəkillər vasitəsilə uşaqlara Ukrayna vətəndaşlarının başlıca hüquq və vəzifələri izah ediləcək.