Məşhur müğənni nişan üzüyünü göstərdi - FOTO

08:45 11-10-2019 679

“A-Studio” qrupunun solisti Keti Topuriya ərə gedir. Müğənni özünün “Instagram” səhifəsində yeni bir şəkil yerləşdirib. Ketinin sol əlinin adsız barmağında nişan üzüyünün olmasına baxmayaraq, o, özü bunu heç cür şərh etməyib.  

Hadisədən məlumatlı olan Dni.ru bildirir ki, üzüyü müğənniyə sevgilisi, binesmen Lev Denqov hədiyyə edib.

Cütlük münasibətlərini heç cür şərh etmir. Bir müddət əvvəl Keti “Instagram” səhifəsində burnundan öpən bir kişi ilə görünən şəkil paylaşıb. Bundan sonrakı şəkildə artıq nişan üzüyü ilə göründüyünü nəzərə alsaq, sevgililər arasında münasibətlərin sürətli inkişaf etdiyi qənaətinə gəlmək olar.