Naməlum avtomobil piyadanı vurub öldürdü

23:00 11-10-2019 452

Dünən Bakıda naməlum avtomobil piyadanı vuraraq öldürüb.

HerGun.Az-ın məlumatına görə, dünən Səbail rayonu, Yeni Salyan yolu 2 ünvanı yaxınlığında piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Belə ki, 10 oktyabr saat 19 radələrində naməlum avtomobil sözügedən ərazi yaxınlığında yolu keçmək istəyən piyada, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü İsmayılova Aidə Rüstəm qızını vuraraq qarşı yolda hərəkətdə olan Bakı şəhər sakini Abdullayev Cavanşir İsmayıl oğlunun idarə etdiyi "Volkswagen" markalı avtomobilin önünə atıb.

Nəticədə avtomobil qadının üzərindən keçib.

Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

Faktla Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xatırladaq ki, dünən Bakı ərazisində qeydə alınan 3 avtomobil qəzasında 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Könül Cəfərli