İşləmək adı ilə evdən çıxdı, geri dönmədi

11:18 12-10-2019 641

Daşkəsən rayonunda işləmək adı ilə evdən çıxan 45 yaşlı kişi itkin düşüb.

HerGun.Az-ın məlumatına görə, rayonun Tapan kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Rövşən İlyas oğlu bir həftə əvvəl evdən işləmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə Daşkəsən RPŞ-yə onun həyat yoldaşı Südabə Abbasova ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli